İftara fərqli dad. Qaymaqlı İspanaq şorbası.

original_H1A4730 copy
 

Ramazanda həftələrcə qidasız və susuz keçirdiyimiz günlərdə getdikcə yemək istəyimiz azalır, ifatara bol süfrə açılsa da zamanı gəldikdə çox az yeyə bilirik. Mənən istirahət edib nəfsimizdən uzaqlaşdığımız bu ayda bəzi günlər bol süfrə açmaq həvəsimiz də olmur. Doğmalarını mətbəx fantaziyaları ilə təəccübləndirməyi sevən xanımlar bugünlərdə “İftara nə hazırlayım? ” sualı ilə fikrə dalır, soyuducunun qapısını qərarsız şəkildə dəfələrlə açıb-bağlayır.. Elə isə iftara adı qədər dadı da qeyri-adi Qaymaqlı ispanaq şorbasına nə deyirsiniz?
Xüsusən Ramazan ayında həyatımızda təbii bitkilərdən hazırlanan qidalara yer vermək olduqca əhəmiyyətlidir. İspanaq faydaları və zəngin qidalandırıcı özəlliyi ilə dünya və Azərbaycan mətbəxinin əvəzedilməz göyərtilərindəndir. Vitamin baxımından olduqca zəngin olan ispanaq müasir və alternativ  tibbdə olduqca geniş şəkildə istifadə edilir. Dəmir elementi və zülalla zəngin ispanaq xüsusilə uşaqların qida rasionunda vacib yer tutan bitkilərdəndir.

 

 Lazım olan ərzaqlar:

– 3 dəstə ispanaq

– 2 böyük kartof

– 1 ədəd soğan

– 0.5 litr su

– 200 ml qaymaq

– bitki yağı

– duz, istiot

 
Hazırlanması:  Soğanın qabıqlarını soyub, xırda doğrayıb bitki yağında qızardırıq. Kartofları kub şəkildə doğrayaraq, qaynar suda yumşalana qədər bişiririk. Kartof yumşalana yaxın ispanaqları həmin qazana əlavə edib üzərinə duz, istiot səpərək 3-4 dəqiqə bir yerdə bişiririk.

Daha sonra şorbanı blenderdə xırdalayıb üzərinə qaymaq əlavə edib qarışdırırıq. Şorba hazırdır. 
 
Nuş olsun! Allah orucunuzu qəbul etsin! 
 
 

Hazırladı: Mujgan Həsənli

ispanaq 1 copy

ispanaq 2 copy

ispanaq 3 copy

ispanaq 4 copy

ispanaq 5 copy

original_H1A4734 copy
 
 

Şərhlər

Menyu