Şərq üslublu MASHA MARDİ. Zərgərlik dünyasının yeni kəşfi.

8c5986e19e6fb9fa7bfacb85cfc2edc9
 

Bugünlərdə bir çox mövzular Ramazanla əlaqələndirilir, insanlar bu ənənənin abu-havasını yaşayır. Diqqətcilliyi və duyumu ilə kişilərdən fərqlənən xanımlar bu ayın hədiyyəsiz keçinmədiyini hamıdan yaxşı bilir, bayram üçün ailə üzvləri və yaxınlarına nə bağışlayacaqlarını artıq indidən planlayırlar.  Xüsusən sevdikləri kişilərdən gözlədikləri  hədiyyəni gizləməyən xanımlar Şərq havasını əsindirən geyim və aksessuarlardan yan keçmir. Bu siyahıda zinət əşyaları da yer alır.

Yaradıcısı gənc rus dizaynerinin olduğu MASHİ MARDİ brendi zərgərlik dünyasının yeni kəşflərindən biri hesab edilir. İlk vaxtlar rəfiqələri və özü üçün müxtəlif aksessuarlar dizayn edən Maşa zamanla öz brendini yaratmaq qərarına gəlir. Bu sahədə gənc olmasına baxmayaraq dizayner qısa zamanda xanımların diqqətini çəkərək dəb dünyasında maraqla qarşılanır.

Səyahət etməyi sevən dizaynerin yeni kolleksiyası eklektik dizayn həlli ilə seçilir. Etnik motivlərin öz əksini tapdığı kolleksiyada Şərq ruhu və fəlsəfəsinin əksi duyulur. Müasir xanımların zövq tələbinə cavab verəcək kolleksiyaya üzük, sırğa, bilərzik daxildir.

Kolleksiyanın ən diqqətçəkən cəhətlərindən biri Mehendi xına sənətini xatırladan bilərzik və üzük birləşməsidir. Ağ qızıl və saf mirvari daşlarının istifadə olunduğu kolleksiya qısa müddətdə xanımların böyük rəğbətini qazandı.

 
 
Hazırladı: Mənsurə Məmmədəliyeva
 
 
b39fed8bf4d14fba0b31d8d18678b6da

c7bf1c29e4420a89d601cfc89eb6dea0

6c960ffa3614c30a5149986b274b099e

f90ed3c4dae6e4a40db575ccd7252dbe

173fdc8b0281b906000f600a71bb98d7

73a372c13223203d15678696089b8cf7

23e1d0ccfa10a98b0f958ad5c1e90b7a

89dc6766c82c1af1092963b9e147775c

0629787be5ddb3010e9a9c7a28a1b266

c9626098398bbc72304874c22b27c1e3

df2f2e28039e2d3afcdb5bbe69be8871

7f9e1b68d2d0509ee92991373f808866

5d0da3efdf017b35e145a6375a8d5559

 

 

Şərhlər

Menyu