İFTAR zamanı! Bakıda orucunuzu açacağınız fərqli restoranlar.

xurma

 

Bərəkət və əfv dolu, ictimai yardımlaşma və həmrəyliyin yüksək qiymətləndirildiyi müqəddəs Ramazan ayı bütün dünyəvi gözəllikləri özündə cəmləşdirir. Mərhəmət dənizindən bir damla olan bu müqəddəs ay bizə doğmalarımızla ləzzətli iftar süfrəsi arxasında birləşməyə fürsət yaradır. Qəlbləri hüzurla dolduran, könülləri xoş edən bu müqəddəs ayda hər kəs ailəsi və yaxınları ilə orucunu dadlı nemətlərlə açacağı və xoş vaxt keçirə biləcəyi məkanlar axtarışındadır.

 

01

04

05

07

2

03
YAŞIL KAFE
 

Şəhər həyatının stressindən uzaqlaşdıran, əmin-amanlıq və səssizliyə açılan qapı.. Xəzər dənizininin məftunedici gözəlliyini seyr edərək iftar etmək istərdinizmi? YARAT Müasir İncəsənət Mərkəzinə məxsus olan və hər bucağında müasir incəsənətdən nümunələrlə əhatələnmiş YAŞIL KAFE iftar üçün seçilə biləcək fərqli məkanlardan biridir. Bağçasından içəri addımladığınız andan etibarən füsunkar yaşıllığın hüzurverici aurası, təbiətlə interyerin yaratdığı harmoniya, canlı musiqi fonunda Xəzər dənizin heyranedici mənzərəsi qonaqlarına unudulmaz anlar yaşadacaq.

Özünəməxsus konsepsiyası ilə YAŞIL KAFE-nin iftar menyusunda müxtəlif zövqlər üçün ləziz təamlar təqdim olunur. İftarını duru yeməklərlə açmağı üstünlük verənlər üçün müxtəlif şorba seçimləri təqdim edən kafedə balqabaq, göbələk və dəniz məhsullarından hazırlanan şorbalar, klassik dad sevənlər üçün isə əriştəli toyuq şorbası, mərci və s. mövcuddur.

Adı kimi “yaşıl” menyu çeşidinə sahib olan YAŞIL KAFE-də göyərti və tərəvəzlərlə zəngin salatlar, istəyə görə ət yeməkləri, sendviçlər, eləcə də manqal yeməkləri seçim edə bilərsiniz. Buraya gəlib dənizə açılan möhtəşəm mənzərəyə laqeyid qalmaq qeyri-mümkündür. Bir sözlə, uzun Bakı axşamlarını yaxınlarınız və əzizlərinizlə birgə ətirli çay içərək, ləziz və gözoxşayan şirniyyatlardan dadaraq əyləncəli vaxt keçirə bilərsiniz.
Rezervasiya üçün:
YAŞIL KAFE

Tel: +99450 246 14 14
YARAT Müasir İncəsənət Mərkəzi
Bayıl qəsəbəsi, Milli Bayraq Meydanı
Instagram: @yashilcafe

 
 
 
 

06

05

unspecified03
1

01111

14444
FİT & FRESH
İftar üçün digər tövsiyyə məkanımız hər zaman sağlamlığının qeydinə qalanların diqqətini çəkəcək. Müqəddəs Ramazan ayında orucunu sağlam və dadlı təamlarla açmaq istəyənlər üçün əvəzedilməz məkan FİT & FRESH

Sağlam həyat tərzini saxlamaq elə də asan olmayan dinamik şəhərimiz Bakıda hər məhsulu saf və təbii olan FİT & FRESH Ramazan ayında sizlərə həm sağlam, həm də dadlı təamlar təqdim edir. Təbii həyat tərzi mədəniyyətindən ilhamlanan məkan kimyəvi qatqılı və ya geni modifikasiya olunmuş qidalardan tamamən uzaq durmağa çalışan və yalnız təbii məhsulların axtarışında olanların qəlblərini fəth edəcək.

FİT & FRESH brendi sizə orqanik məhsullarla gözünüzün qarşısında hazırlanan, ən dadlı və təravətli yeməklərdən hazırlanan menyu təklif edir. Təbiətin bəxş etdiyi zəngin məhsulların təbii dadı, xoş ətri bu məhsulları dadan qonaqları heyran edir, salatların, rolların və şirələrin tərkibində konservantların olmaması bu ünvanın yalnız yüksək keyfiyyətli məhsullara üstünlük verdiyinin sübut edir.

Qeyd edək ki, fəlsəfəsinin Azərbaycanda sağlam həyat tərzinin təbliği və sağlam yemək mədəniyyətinin formalaşması təşkil edən brendin istifadə etdiyi məhsullar təşkilatın öz bağçasında yetişdirilir. Bütün zəruri səhiyyə standartlarına, keyfiyyət sertifikatlarına və sanitar normalara cavab verən brend “Fast Food” həvəskarlarını da unutmayıb. 4 növdə “Fit pizza” təqdim edən brend həm pizza sevən, həm də sağlam qidalanmaq istəyənləri razı salacaq. Ən maraqlısı isə budur ki, bu cür məhsulu siz yalnız məkana gəlməklə deyil, eləcə də istədiyiniz ünvana sifariş edərək də əldə edə bilərsiniz.
Rezervasiya üçün:
FİT & FRESH
Tel: +994127117
Naxçivani 12
http://www.fitandfresh.az
Instagram: fitandfresh_azerbaijan

 
 
 
 
1

2

3

4

6

5
EYVAN terrası

 

Müasir Bakının orijinal görüntüsü ilə İçərişəhərin tarixi mənzərəsinə açılan FOUR SEASONS HOTEL klassik dizaynı ilə şəhərimizin nadir memarlığına özünəməxsus gözəlliyi ilə qatılmışdır. Avropa sayağı interyeri, füsunkar gözəlliyi ilə Bakının ən lüks məkanlarından biri hesab edilən otelin fərqli restoranları mətbəxinə görə qisa müddətdə şöhrət tapa bilmişdir. Daim milli bayram və adət-ənənələri nəzərə alıb mətbəxinə yeniliklər gətirən otel Ramazan ayında ən ləziz təamlarının hazırlandığı mətbəx məhz günəşli EYVAN terrası oldu.

Yalnız yay mövsümündə fəaliyyət göstərən EYVAN terrasında siz doğmalarınızla edəcəyiniz iftarda milli mətbəximizə məxsus geniş çeşidli menyudan peşəkar aşpazlar tərəfindən böyük zövqlə hazırlanmış, müxtəlif zövqlərin nəzərə alındığı fərqli növ kabab, isti şorba və salatlardan dada biləcəksiniz. Yuxarıda adı çəkilən məkanlardan fərqli olaraq, bu məkanda siz daha çox milli mətbəximizə aid çeşid-çeşid bol ət yeməkləri əsasında təqdim olunan menyu gözləyir.

İftar zamanı siz bir tərəfi səfalı təbiət gözəlliklərinə, digər tərəfi işgüzar Bakı mənzərəsinə açılan terrasda Bakı şəhərinin mənzərəsinin seyrinə dalacaq, məmnunluq hissi ilə dincələcəksiniz. Onu da qeyd edək ki, oteldə fəaliyyət göstərən digər restoran və banket zallarında daha iri iftar süfrələrini açılması üçün hər cür imkan yaradılır. Bu səbəbdən bu müqəddəs ayda buranı nəinki ailəvi, eləcə də əməkdaşlarını bir süfrə arxasına toplayan şirkətlərin sayı çoxdur.

Rezervasiya üçün:
EYVAN terrası
Four Seasons Hotel Baku
Tel: + 994 12 404 2424
Instagram: @FSBaku
 
 

Şərhlər

Menyu