KİNO | “Senna”: Formula1 tarixinin sehrbazı

senna-banner
Bugünlərdə hərkəsin Formula 1 yarışına olan marağını nəzərə alaraq, jurnalımız bu mövzudan kənar qala bilməyib, məhz bu həyəcan dolu yarış üzrə “Sehrbaz” ləqəbi ilə tanınan Ayrton Sennaya həsr edilmiş “SENNA” filmini diqqətinizə çatdırır.

106 dəqiqəlik sənədli filmdə siz Formula 1 yarışı ilə yaxından tanış olub, məşhur F1 iştirakçısı braziliyalı Ayrton Sennanın həyat yolunu nəzərdən keçirəcəksiniz. Film Ayrtonun karyerasını 1984-cü il Braziliya Qran-prisində başlaması və 1994-cü il San Marino Qran-prisində sonlandırmasını əhatə edir. “SENNA” filmi Ayrtonun həyəcanlı yarış anlarından, həyat mübarizəsindən bəhs edir.

Filmdə Senna yalnız Formula 1 tarixinin ən sürətli iştirakçısı kimi deyil, eyni zamanda xeyirxah işləri ilə seçilən və sevilən bir obraz olaraq əks olunmuşdur. Bu yarışı sevənlərin qəlblərini fəth edən Ayrtonun ölümündən xeyli müddət keçməsinə baxmayaraq, onun ölüm səbəbi hələ də mübahisəli olaraq qalır.
ed2257cs-960

senna3
Film vasitəsi ilə siz bir sıra sualların cavabını tapacaq, hər kəsin izlədikcə zövq aldığı Formula 1 yarışlarına artıq başqa bucaq altında baxaraq unudulmaz seyrici təcrübəsi almış olacaqsınız. Sonu bədbəxt hadisə ilə bitməsəydi sürət oyunun unudulmaz qəhrəmanı bəlkə də Mixail Şumaxerlə mübarizə apardığı 1994-cü il Formula 1 yarışının qurbanı deyil, qalibi olacaqdı.

Hazırladı: Ülviyyə Novruzova

Şərhlər

Menyu