Ramazan əyləncəsi. Övladlarımıza müqəddəs ayı sevdirməyin yolları.

ramadan

 
 
Övladlarımıza sevgini, mərhəməti  lap erkən yaşlarından anlatmalı və öyrətməliyik. Bunu edərəkən övladınızın yaşına uyğun, başa düşəcəyi və sevəcəyi şəkildə izah etməyə diqqət yetirmək lazımdır. Hər şeyi bir oyun olaraq görən uşaqların qəlbində Ramazan və oruc sevgisini aşılamaq üçün uşaqlarımızla birlikdə əyləncəli şəkildə edə biləcəyimiz bəzi fəaliyyətlər mövcuddur. Məşhur dizayner Manal Aman “Xoşgəldin Müqəddəs Ramazan!” başlığı altında valideynlərin övladları ilə hazırlaya biləcəyi müxtəlif oyunlar, sənətkarlıq əl işləri, məşğuliyyətlər təqdim edir. Birgə keçirilən vaxt, valideyn- övlad münasibətinin dərinləşməsinə də səbəb olacaqdır.

 
 

sub-buzz-31779-1465010055-2
Meyvə Kababı

Övladınızla  səmərəli vaxt keçirməyin yollarından biri iftar yeməyinə birlikdə meyvə kababı hazırlamaq ola bilər. Ulduz şəklində qovun, ananas, manqo, ay şəklində alma, eləcə də üzüm və şirnilərdən istifadə edərək əyləncəli meyvə kababı hazırlaya bilərsiniz.
 
 

sub-buzz-4983-1465011584-1
Məscid formalı çanta

Ramazan ayında uşaqlar üçün şənlik keçirərkən bu hədiyyəlik çantaları hazırlaya bilərsiniz. Kağızdan hazırlanmış məscid formalı bu çantalara müxtəlif rəngli karandaşlar, şiriniyyatlar, oyuncaqlar qoyaraq uşaqları sevindirə bilərsiniz. 
 
 

sub-buzz-1190-1465011821-9
Ramazan Nağaraçıları

Kağızdan hazırlanmış bu nağaraçı çantaları məzəli görünüşü ilə uşaqları çox sevindirəcək. Nağaraçıların hələ qədim dövrlərdən dünyanın bir çox müsəlman ölkələrində oruc tutanları sahura oyatması adətdir. Manal Amanın bu irsi öz ideyasında əks etdirməsinə səbəb Ramazan mədəniyyətinin uşaqların xatirələrində xoş iz buraxmasıdır. 
 
 
 

sub-buzz-4124-1465010269-1
Pendirli ay-ulduz kökələri

Ay-ulduz kökələri həm uşaqların, həm də böyüklərin bayram günlərində sevimli şiriniyyatı olacaq. Həm duzlu, həm də şirin qəlyanaltı olaraq hazırlanan ay-ulduz kökələri damaq dadınıza uyğun ədviyyatlardan və ya pendirlə hazırlanır.
 
 

sub-buzz-11703-1465011110-1
“Şüşədə nə qədər pul var?”

Ramazanın digər bir ənənəsi də uşaqlara bayram münasibətilə pul verilməsidir. “Şüşədə nə qədər pul var?” təxmin etmə oyunu keçirərək qalibə müəyyən hədiyyələr verə bilərsiniz. Və sonda bu şüşə qabı sədəqə verməklə Ramazanın gözəlliyi ilə bərabər uşağınıza paylaşmağı və cəmiyyətə faydalı olmağı öyrətmiş olacaqsınız.

 
 

sub-buzz-29774-1465011499-6
Ay mənzərəli durbin

Balacaların xəyal dünyasına səyahət etmək üçün əvəzedilməz aksessuar olan durbinlər.. Daha çox azyaşlı uşaqların əyləncəsi üçün nəzərdə tutulan ay mənzərəli bu durbinlər sanki onları səmanın məftunedici gözəlliklərinə heyran edəcək.
 
 

sub-buzz-2288-1465010168-1
Ay-ulduz piroqu

Ay-ulduz formalı piroq uşaqlarla birlikdə bayramı qeyd etmək, mətbəxdə birlikdə əyləncəli vaxt keçirmək və ümumiyyətlə Ramazan şənlikləri üçün əvəzedilməzdir.
 
 

sub-buzz-15162-1465011746-1
Səkkiz guşəli çərçivələr

Dondurma çubuqlarından hazırlanan bu çərçivələr balacaların yaradıcılıq gücünü inkişaf etdirəcək və interyerinizdə onların əllə hazırlanmış aksessuarları evinizdə xoş bayram xatirələri yaşadacaq.
 
 

sub-buzz-1105-1465011902-1
Kağız zəncirlər

İnteryer demişkən, ab-havaya biraz da şənlik qatmaq üçün kağız zəncirlər balacalarla birgə hazırlaya biləcəyiniz yerinə düşən ideya ola bilər. 
 
 
Hazırladı: Röyalə Hüseynova
 
 

Şərhlər

Menyu