San-Pauloda üç tir üzərində tikilən ev

Casa-Ubatuba-spbr-trendland-01-800x533
 

Təbiətinin ekzotik gözəlliyi ilə seçilən Braziliyanın Tenorio çimərliyinin sahilində yerləşən və Ancelo Buççinin memarlığı ilə ərsəyə gələn ev heyranedici görüntüsü ilə hər kəsin diqqətini cəlb edir. Sıx tropik meşə ilə əhatə olunmuş, Atlantik okeanın köpüklü ləpələri ilə təbiətin ecaskar gözəlliyini özündə əks etdirən Ubatuba kurort şəhərinin ən gözəl evlərindən biridir.

Ubatubada tikilən bu evin əsas fərqli özəlliyi üç tir üzərində tikilməsidir. Tikilini tir üzərində tikən memar kənardan baxdıqda evə şaquli formada təpə görünüşü qazandırmışdır. Evdən sahilə açılan mənzərə, tropik təbiətin füsunkar gözəlliyi insanı heyran edir. Sanki ləpələr üzərindən heyrətamiz landşafta açılan mənzərəni bu evdən seyr etmək insan ruhunu təzələyir.
 
 

Hazırladı: Mehriban Ağayeva
 
 

Casa-Ubatuba-spbr-trendland-02

Casa-Ubatuba-spbr-trendland-03

Casa-Ubatuba-spbr-trendland-04-800x533

Casa-Ubatuba-spbr-trendland-05

Casa-Ubatuba-spbr-trendland-06

Casa-Ubatuba-spbr-trendland-07

Casa-Ubatuba-spbr-trendland-08-800x533

Casa-Ubatuba-spbr-trendland-09
 
 

Şərhlər

Menyu