STELLA JEAN- nın mövsümlük kolleksiyasında Multikulturalizmin təbliği

Stella_Jean_spring_summer_2016_collection_Milan_Fashion_Week4
XX əsrin ən gənc dizaynerlərindən olan STELLA JEAN yeni mövsüm kolleksiyasını dəb həvəskarlarının ixtiyarına verib. Brend gənc olmasına baxmayaraq, öz rəngarəngliyi və multikultural xarakteri ilə artıq çoxlarının sevimlisinə çevrilib. Kolleksiya özünün güclü və al-əlvanlığı ilə sanki bir göyqurşağını xatırladır. Gənc dizaynerin fikrincə müxtəlif mədəniyyətləri moda aləmində birləşdirmək də bir incəsənətdir.

STELLA JEAN-ın yeni kolleksiyasında iki müxtəlif mədəniyyətin: Qədim Amerika qəbilələrinin və Cənubi Afrikanın vəhdətini müşahidə edirik. Kolleksiyadakı geyim parçaları – don, yüngül gödəkçə, ətəklərin, topların və eyni zamanda çimərlik geyimlərinin üzərində qədim maya və asteklərin simvolları təsvir edilib. Kolleksiyanın hazırlanması üçün olduqca yüngül, hava keçirən parça materialları seçilmişdir.

Kolleksiyanın digər fərqli cəhəti isə printlərin müxtəlifləyinin göz yormaması, əksinə ahəngli görünməsidir. Brendin həmçinin aksessuar sahəsində olan kreativliyi də kolleksiyaya xüsusi bir yumor qatır. Bu da dizaynerin qeyd etdiyi kimi onun və kollektivinin iki fərqli mədəniyyəti yaxşı tanıması və əlaqələndirmə məharəti ilə əlaqədardır.

Hazırladı: Ülviyyə Novruzova

0beed5f888af864987c54051e5a94f2f_a2x0331_6501307b22644ae18dd8fc4a3a_bbc4130b7d335b379865ce790ee87ab8

1ec6a3912f9a10201a6b12e37dfd6f22_a2x0271_bc5cb10c11e102db439623fed9_bbc4130b7d335b379865ce790ee87ab8

2a0bbd8d5f14763b9367f2becbf1e957_a2x0073_dcdd08212a53ce5ac5ac33c3b1_bbc4130b7d335b379865ce790ee87ab8

3d6d60c0f91127a0a6f774e89b7f689f_a2x0191_7a8be82fc434f14e382ca74b2b_bbc4130b7d335b379865ce790ee87ab8

3df7cdcd290e9c8108bca16230f4a367_a2x0481_9b96d11f15a10ae453148c5272_bbc4130b7d335b379865ce790ee87ab8

2e408c9540523be2d217092ca34fcf5b_a2x0173_e7393379b5a163d9f95b04ef60_bbc4130b7d335b379865ce790ee87ab8

3f2c960ca3d3030f2342cddb68a7889d_a2x0115_f75f8d7c464e7903c1e18030c6_bbc4130b7d335b379865ce790ee87ab8

4d093dfabf37e5197598a96cf08d0e40_a2x0085_a504e6df72707f540885070316_bbc4130b7d335b379865ce790ee87ab8

17cc42ded73fe1cdb98bd2c86a95d861_a2x0569_6fd70cba4afdd1e4af14b0df5f_bbc4130b7d335b379865ce790ee87ab8

91de9f1e36aa9cede8fcec980c12c136_a2x0109_c637fe4e189d2127146aa8e7fc_bbc4130b7d335b379865ce790ee87ab8

9500b9975353639a6debbd0abb76327b_a2x0051_2b16f0f76012294120edada2de_bbc4130b7d335b379865ce790ee87ab8

60232aaaa8e08c0df16922e1ae5693ca_a2x0293_a7653f82da5b836aaa12b1563b_bbc4130b7d335b379865ce790ee87ab8

f0b6d80fd1d23ad8d972c342a85c8a63_a2x0143_51561f6a26bf556307591ce1cb_bbc4130b7d335b379865ce790ee87ab8

ed77c80af99083790c8808f043178349_a2x0255_caf164dbd59bfb17dcd97db5c5_bbc4130b7d335b379865ce790ee87ab8

df9645a3dfb5b00b3ae490f64c9a1052_a2x0031_26dcd88c76bc4d2ea8509b9abb_bbc4130b7d335b379865ce790ee87ab8

Şərhlər

Menyu