MİRA ZWILLINGER “Stardust” kolleksiyası. Misilsiz gəlinlik modelləri.

st10
 

Bir qadın daxil olduğu hər məkanda diqqət mərkəzində olmağı bacarmalıdır, xüsusən də öz toy günündə” misralarının sahibi dizayner MİRA ZWILLINGER qızı Lihi ilə birlikdə dizayn etdiyi nağıla bənzər gəlinlik kolleksiyasını özlərini fərqli və bənzərsiz hiss etmək istəyən gəlin namizədləri üçün təqdim etdi.

Zəriflik, dəbdəbə və romantikliyin harmoniyasından istifadə edən və transparan gəlinlikləri ilə ön plana çıxan dizayner Miranın kolleksiyasını fantastik gözəllikdən və parlaq ulduz tozlarından təsirlənərək Stardust” adı altında təqdim etdi. Gəlinliklər açıq səmadakı qalaktikanı, ulduzların gözəlliyini xatırladır.

Kolleksiyaya daxil olan libaslara Astra, Elle, Alpha, Lola, Fiona, Sienna, Valentina, Tonya, Alissia, Kira, Oda, Crystal kimi adların verilməsi diqqət çəkən cəhətlərdən biri idi.  “Stardust” kolleksiyasına aid hər libas modern, qadınsı və gözqamaşdıran cazibəsi ilə seçilir. Kolleksiyada dizayner zərif ətəklərdən, işləməli detallardan, çiçək ornamentlərindən, əl işləməsi olan muncuq düzümlərindən, simmetrik kəsimlərdən, şəffaf güpürdən istifadə etmişdir.
 
 
Hazırladı: Röyalə Hüseynova
 
 
st13

Allisia

st5

st2

st1

st11

st3

st12

st4

Alpha1-e1430249882656

st6

Astra

st7

Crystal

st8

Elle-b

st9

Ida
Valentina1

Fiona

Kira2

Lola

Sienna

Tonya1

 

Şərhlər

Menyu