Empty Memory yaddaş kartları: Struktur və şəffaflığın vəhdəti

empty-memory-by-logical-art-600x398
 

Ofisdə istifadə olunan ən praktik vəsaitlərdən biri USB yaddaş kartlarıdır. Texnogen dizaynerlər Yukyung Şin və Hanşi Çen ötən ay ilk USB yaddaş kartları kolleksiyasını Empty Memory adı altında təqdim etdi. Müasir texnologiya və sənətkarlığın vəhdətindən yaranan kolleksiyanın hər bir parçası yüksək keyfiyyəti, minimalist tərzi, müxtəlif rəng palitrası və möhtəşəm dizaynı ilə diqqətləri cəlb edir.

Struktur və şəffaflıq… Bu iki anlayış Empty Memory üçün əsas dizayn xüsusiyyəti sayılır və bu müxtəlif yanaşmaların nəticəsi olaraq yaranmışdır. Unikal yaddaşın istifadə ölçülərini ciddi mənada inkişaf etdirən İngilis şirkəti LOGİCAL ART təqdim etdiyi Empty Memory konseptual çalışmasıyla bu “ağıllı” aksessuarlara yeniliklər qazandırmışdır. Sadə strukturlu, həndəsi fiqurlu dizaynlı, 4 GB yaddaşa sahib olan modellərin qızılı, qara rodium, boz və paslanmaz polad kimi geniş seçim çeşidləri mövcuddur.
 
 
Hazırladı: Nazlım Veyisova
 
 
empty-memory-by-logical-art-1-600x529

empty-memory-by-logical-art-2-600x450

empty-memory-by-logical-art-3-600x600

empty-memory-by-logical-art-4-600x600

empty-memory-by-logical-art-5-600x575

empty-memory-by-logical-art-6-600x600

Şərhlər

Menyu