“Badımcan salatı”. Praktik mətbəx!

logosuz_H1A8278 copy
 

A, B1, B2, C vitaminləri, maqnezium, kalsium, fosfor, dəmir kimi maddələrlə zəngin olan badımcanın insan sağlamlığı üçün faydaları saysız hesabsızdır. Badımcandan hazırlanan salat və yeməkləri bir çoxumuz sevirik. Günümüzdə daha tez hazırlanan və faydalı olan qidalara üstünlük verdiyimizdən təqdim edəcəyimiz badımcan salatı xoş dadı və praktikliyi ilə hər birimizin mətbəxinə şənlik qatacaqdır. Badımcandan hazırlanan salat həm tez hazırlanması, həm də zəngin tərəvəz tərkibi ilə seçilir.
 

Lazım olan ərzaqlar:
-4 ədəd orta boy badımcan
-3 ədəd pomidor
-2 ədəd bibər
-250 qr toyuq döş əti
-keşniş
-şüyüd
-bitki yağı
-mayonez
-duz
-istiot
 

Hazırlanması:
Badımcanları nazik dilimlər şəklində uzununa doğrayırıq. Bitki yağında hər iki üzünü qızardırıq. Daha sonra döş ətini suda qaynadıb xırda dilimlərə bölürük.

İçlik:
Pomidor, bibər və göyərtiləri doğrayıb duzlayırıq. Tərəvəzlərlə dilimlədiyimiz döş ətini qarışdıraraq içlik hazırlayırıq. Qızartdığımız badımcanları qaba düzürük və üzərinə duz, mayonez çəkirik. Hazırladığımız içliyi badımcanların üzərinə tökürük və yenidən badımcanları düzürük. Eyni qayda ilə 2 və ya 3 qat davam edirik. Sonda isə qızardılmış badımcan düzülür. Salat hazırdır.

Nuş olsun!

Hazırladı/ Foto: Mujgan Həsənli
 
 

badimcan salati 1 copy

badimcan salati 2 copy

badimcan salati 3 copy

badimcan salati 4 copy

badimcan salati 5 copy

logosuz_H1A8254 copy

Şərhlər

Menyu