L’OFFİCİEL jurnalının Ukrayna redaktoru ANA VARAVA Azerbaijan Fashion Week çərçivəsində Bakıya səfər etdi

7N1A9897
 

Dəb jurnallarının moda sahəsinə istiqamət verdiyi danılmaz həqiqətdir. Eyni zamanda, bir çox nəhəng dəb industriyaları hər ölkə üçün məxsusi jurnalların filiallarını çap etdirirlər. Təbii ki, bir jurnalın keyfiyyəti onun redaktorundan və güclü komanda ruhundan asılıdır. Peşəkarlığı və ambisiyaları onun istənilən vəziyyətdən çıxmağa, redaktor olduğu qədər də layihə meneceri, ideya müəllifi, bəzi hallarda isə hətta müxbir rolunda da çıxış etməsinə səbəb olur. Gözəllik və harmoniyanın yaratdığı konsepsiyaya erkən yaşlarından vurğun olan, dünyada məşhur dəb jurnallarından biri olan L’Officiel-in Ukrayna nəşrinin redaktoru Ana Varava bu yaxınlarda ölkəmizə keçirilən Azerbaijan Fashion Week moda günləri ilə bağlı səfər etmişdir. Zuleykha jurnalı ukraynalı həmkarı ilə dəb və onun hazırki mövqeyi kimi bir çox suallarımızı ünvanlayıb səmimi cavablar aldıq.

Ukrayna nəşrinin digər L’Officiel jurnallarından fərqi nədədir?

L’Officiel Ukrayna bir çox ölkələr arasında ən dəbli, parlaq və tərzli nəşri ilə seçilir. Bir də təbii ki, ona daha çox unikallıq qatan isə yerli mövzulara toxunmağımızdır. 

Bildiyimiz qədər siz imicmeyker-psixoloqsunuz. Bu ixtisasın hazırki peşənizdə sizə nə kimi köməyi olur? İxtisasınızın sizə faydalı olduğu məqamlar olubmu?

– Əlbəttə. İmic, tərz, moda, psixologiya, insanlarla ünsiyyət – bir-birilərinə çox bağlı aspektlərdir. Hər dəfə yeni bir layihə planlayarkən bizim hazırki auditoriyamıza və brendlərə nə dərəcə maraqlı gələ bilər, hansı modelləri layihəyə cəlb etmək olar, hansı rənglərə daha çox üstünlük verilməli və stilistika necə təşkil olunmalı kimi suallarla qarşılaşıram. Bu sahələr mənə hər zaman – layihələrdə, üz qabığı seçimində, PR materialların yığılmasında və hətta müsahibələr zamanı lazım olur.

L’Officiel Ukraynanın esas devizi nədir?

Dəblə bağlı rəsmi məlumat.
 

7N1A9924
 

– Jurnalda heç özünüzün məqalələr yazdığınız zamanlar olubmu?

Əlbəttə. Jurnalın hər bir sayında ən azı 1 və ya bir neçə məqalə hazırlayıram. Müştərilər mənim getdiyim məkanlar, yeni avtomobilin test yürüşü, intervyularla bağlı şəxsi rəyimi almaq istəyirlər. Yeri gəlmişkən, Azerbaijan Fashion Week-lə bağlı da mənim şəxsi məqaləm olacaq.

– Müşahidələrinizdən Azərbaycan və Ukraynanın dəb sahəsində olan başlıca fərqləri hansılardır?

Düşünürəm ki,  Bakıda dəb sahəsi demək olar ki, Ukrayna ilə eyni xətt üzrə inkişaf edir. Əvvəllər dünya brendlərinə böyük tələbat və maraq var idisə, hal-hazırda ölkə daxilində baş verən böhran  və tədricən tələbatın dəyişilməsi ilə  bütün diqqət yerli dizaynerlərin üzərinə yönəldildi.

Belə hallar olubmu ki, tendensiyanı və ya hansısa kolleksiyanı bəyənməyib, lakin jurnalda bu haqda yazmalı olmusunuz?

İş və şəxsi seçimim… Bunlar fərqli anlayışlardır. Əgər tendensiya mövcuddursa, bu artıq faktdır və biz dəb haqqında rəsmi məlumat verən nəşriyyat olduğumuza görə bu haqda bitərəf olaraq söz açmalıyıq. Dəb sahəsində çalışdığıma görə bütün trendlər mənə xoş gəlir, onların hər biri sosial-mədəni fenomenlərin həyatlarından götürülür və aktual həyat tərzinə keçir.

 

7N1A9912
 

Sizcə dəb və ya trendlər necə yaranır? Kimlərin üzərində geyimi gördükdən sonra bunun “dəbli” olduğunu qəbul olunur?

– Dünyaca məşhur trendlər trend-agentlikləri tərəfindən yaradılır, daha sonra yeni texnologiyalar tətbiq olunaraq parça istehsalı və dəb evləri tərəfindən yeni kolleksiyaların istehsalı başlayır. Moda həftələrində podiumda kolleksiyanın nümayişindən sonra məşhurlar və dəb ikonaları bu geyimlərdən istifadə edir, kolleksiyaların ən aktual geyimlərindən istifadə edərək böyük kütləyə təsir edirlər.

– Hal-hazırda online jurnalların olduqca aktual olduğu göz önündədir. Online jurnallar haqda şərhiniz necə olardı?

– Bizim internet resursumuz olan L’Officiel-online və çap jurnalımız bəzi məqamlarda eyni fikirlərlə kəsişsə də, bir çox məqamlarda onlar olduqca fərqlənirlər. Online fəaliyyət göstərən jurnallar daha çox sosial-mədəni hadisələrə yönəlir və nisbətən daha yüngül layihələrdən ibarət olur, eyni zamanda auditoriya daha çox gənclərdən ibarətdir. L’Officiel çap jurnalı isə beynəlxalq lisenziyalı nəşr olduğuna görə dəblə bağlı daha cəsur və rəsmi danışır, daha çox eksklüziv çəkilişlərin daxil olduğu layihələrə, maraqlı intervyulara, Ukrayna və dünya top-modelləri ilə çəkilişlərə diqqət ayırır.

Siz çap jurnalların tamamilə sıradan çıxacağına inanırsınızmı?

-Bu yalnız kitablar yoxa çıxdıqda baş verə bilər. Siz əlinizə kitab aldıqda onu hiss edirsiniz, ətrini qoxlayırsınız, kitabın və ya jurnalın ərsəyə gəlməsində iştirak edən insanların enerjisini və əməyini hiss edirsiniz. Elektron kitabların oxunması zamanı isə hərşey tamamilə fərqlidir.

Azerbaijan Fashion Week haqda təəssüratlarınız necə oldu? Azərbaycanda modanın inkişafını necə şərh edərdiniz?

– İlk olaraq onu qeyd edim ki, Azerbaijan Fashion Weekdə keçən illə müqayisədə bu il böyük irəliləyişlər görürəm. Online resursların fəal şəkildə mövzunu işıqlandırmaları, maraqlı dizaynerlərin iştirakı və tədbirin yüksək səviyyədə təşkil olunması müsbət haldır. Həmçinin çox sevindirirci haldır ki, iştirakçılar arasında Qazaxıstan, Ukrayna və Gürcüstan, Rusiyanın tanınmış brendləri də iştirak edirdi. JİTROİS brendinin AFW tədbirinin bağlanışını etməsi xüsusi ilə maraqlı idi. Bu ilki tədbirdə qonaqların dəbli və zövqlü lukları da diqqətimi çəkdi. Ümid edirəm ki, gələn mövsümdə AFW tədbirində yerli dizaynerlərin sayı daha çox olacaq. Hər kəsə uğurlar!
 
 

Hazırladı: Nigar Sani
Foto: Alexandr Fly
 
 

7N1A9931

7N1A9946

 

Şərhlər

Menyu