KİNO|”Qardaşların dueli- ADİDAS və PUMA”.

01 puma
 

Artıq uzun müddətdir ki, moda mövzusu və bu dünyanı dəyişən dizaynerlər film dünyasının əsas ilham mənbəyi olmuşdur. Bu mövzuda çəkilən filmlərin siyahısından “Koko, Şanel-dən əvvəl”, “Dior və Mən”, “Məzəli sima”, “Şeytan Prada geyinir” kimi filmləri nümunə göstərə bilərik. 

2016-cı ildə də rejissor Oliver Dommenqent dəb sevərləri “Qardaşların dueli-Adidas və Puma brendinin hekayəsi” bioqrafik filmi ilə sevindirdi. Bütün dünyada sevildiyi qədər, Azərbaycanda da tanınan bu iki məşhur brendin tarixçəsi və yaranma hekayəsi təəssüf ki, hamıya məlum deyildir. Rejissorun məhz bu filmində məqsədi bu iki brendin yaradıcılarını tamaşaçılara və daha dəqiq desək, bu brendin alıcılarına yaxından tanıtmaq idi.
 

201612_307469_1_Vorschau
 

Filmdə hadisələr 1920-ci illərin əvvəlində iki qardaş AdiRudolf Dasslerin ayaqqabı sənayesinə atılması ilə başlayır. Film həmçinin bu iki qardaşın şəxsi xarakter keyfiyyətlərinin fərqliliyini də izləyicilərə təqdim etmişdir. Belə ki, Adi öz yaradıcılıq qabiliyyəti ilə fərqlənirdisə, Rudolf öz danışıq və satış qabilliyəti ilə ön plana çıxırdı. Bu xüsusiyyətlər sözün əsl mənasında qardaşlar arasında böyük nifaqlara və indiki dövrdə də tanıdığımız iki məhşur ADİDAS VƏ PUMA brendinin yaranmasına səbəb oldu.

eJR5eLdb5J0
 

Film brendlər haqda maraqlı faktlar dolu informativ formatı ilə də xüsusən yadda qalır. Filmdə 2-ci dünya müharibəsi illərində Almaniya yığmasının 1954-ci il futbol çempionatındakı uğuruna da geniş yer verilmişdir. Filmi izləyənlər həmçinin 1954-ci il çempionatında Almaniya milli yığmasının çəkmələrinin hansı brendə məxsus olduğunu da öyrənmiş olacaqlar.. PUMA yoxsa ADİDAS ?
 
 
Hazırladı: Ülviyyə Novruzova
 
 

Şərhlər

Menyu