MISCHKA AOKI “Yatmış Gözəl” kolleksiyası. Kiçik modabazlara layiq.

Campaign03
 

MİSCHKA AOKİ brendi “Yatmış Gözəl” nağılından ilham alaraq 1-16 yaşlı qız uşaqları üçün bir-birindən zərif və şıq ziyafət geyimləri hazırlayıb. Çiçəklənən baharın gəlişi ilə krallığın tarixində başlayan yeni dövrü əks etdirən brend kiçik şahzadələri nağıllar aləminin sehrli cazibəsinə qərq edəcəkdir.

“Sleeping Beauty”, “Love First Kiss”, “İt’s Maleficent”, “Hail to the queen” kimi rəngarəng mövzulu füsünkar geyim kolleksiyasında yüksək keyfiyyətli kristal muncuqlar, işləməli fransız güpürü, tül və qırçınlı parça, Swarovski kristalları, 3D gül aplikasiyalardan istifadə olunmuşdur. Parlaq rəng palitrasına sahib kolleksiya qızılı, şampan rəngi, pudra çəhrayısı, bəyaz kimi rənglərlə bəzədilmişdir.
 
 
Hazırladı: Röyalə Hüseynova
 
 
1

7

6

Campaign02

Campaign05
 
 

Şərhlər

Menyu