EKSKLÜZİV: Jan Klod Jitruanın “dəri sevgisi” müsahibəsində açıqlandı.

7N1A0040
 

Azerbaijan Fashion Week moda nümayişinin çərçivəsində sonuncu günü bağlayan xüsusi qonaq, rəngli dərinin yaradıcısı, Şeron Stoun, Monika Belluççi, Beyons, Lady Gaga, Selin Dion, Zineddin Zidan kimi tanınmış simaların seçimi olan Jan Klod Jitrua ilə eksklüziv intervyunu oxucularımıza təqdim edirik. Sonda “Zuleykha” jurnalına verdiyi müsahibəsinin Bakıda verdiyi ən maraqlı müsahibə olduğunu etiraf edən dizaynerlə söhbətimiz əsnasında onun yaradıcılığı ilə daha yaxından tanış olmaq imkanımız oldu.
 
 
 
– Kolleksiyanız ilk gündən hansı xüsusiyyəti ilə seçilib? JİTROİS brendinin fərqliliyi nədədir?

– Yaratdığım brend dəri parçadan hazırlanan kolleksiyaları ilə diqqət çəkir. Demek olar ki, bütün kolleksiyalarımda dəri parçadan istifadə edirəm. Kəşf etdiyim dəri parça yüksək keyfiyyətli olması ilə yanaşı, rahatlıqla ütülənir və yuyulur. Hal-hazırda üzərimdə gördüyünüz dəri şalvarı artıq 4 ildir ki, könül rahatlığı ilə geyinirəm və ilk günkü kimi keyfiyyətini heç də itirməyib.

– Niyə məhz “dəri”?

– Dəridən hazırlanan geyimlər xüsusi peşəkarlıq tələb edir. Dəri geyimlər insanın “dərisi”-nə çevrilir. Dəri parça insanı bürüyür və sanki onu qoruyaraq ikinci dərisinə çevrilir. Dəri materialının ikinci əsas özəlliyi işığı geri qaytarmasıdır. Məhz bu səbəbdən rok ulduzlar çox zaman dəridən hazırlanan geyimlərə üstünlük verir.
 

7N1A0039
 

– 26 May Azerbaijan Fashion Week-də nümayiş olunan kolleksiyanız haqqında fikirlərinizi bizimlə bölüşə bilərsinizmi?

– Parisdə və Bakıda nümayiş olunan sonuncu kolleksiyam 6 ay bundan əvvəl işıq üzü görüb. Kolleksiya sülh və sevginin tərəfdarı olan mübariz qadınlara həsr olunub.

– Qarderobunuzda hansı dizaynerlərin geyimlərinə üstünlük verirsiniz?

– Üzərimdə olan geyimlər Lacoste, Gucci, Dior, Calvin Klein brendlərinə məxsusdur. Eləcə də, qarderobumda bu və başqa dizaynerlərin geyimləri üstünlük təşkil edir. Dəridən olan geyimlərim isə öz kolleksiyama aiddir.

– JİTROİS brendini hansı 3 sözlə ifadə edərdiniz?

– Baxış, toxunuş və … (bir qədər düşündükdən sonra bir neçə dəfə vurğulayır) sözsüz ki, dəriyə olan sevgi!

– Bu Bakıya 5-ci gəlişinizdir, yerli dəb industriyası haqqında nə düşünürsünüz?

– Gənclərin həyat dolu olması məni həyəcanlandırır. Onlar çox cəsarətli və güclüdürlər. Bakıda dəb özünə məxsus şəkildə inkişaf edir, bu sözsüz ki, sevindirici haldır.
 
 
Hazırladı: Nigar Sani
Foto: Alexandr Fly
 
 
7N1A0031

7N1A0016

7N1A0024

7N1A0014

7N1A0001

 

Şərhlər

Menyu