Bakıda “Azerbaijan Fashion Week” Payız-Qış 2016 moda günlərinin açılışı baş tutdu.

14
 

Möhtəşəm şəhər mənzərəsinə açılan Boulevard Hotel Baku-da 23 may tarixində “Azerbaijan Fashion Week” tədbiri çərçivəsində ilk gün nümayişləri təntənəli şəkildə keçirilərək dəb sevərlərin xatirələrində xoş izlər buraxdı. Dəb həftəsinin ilk gün marafonu olduqca fərqli dəsti-xəttləri ilə seçilən 5 dizayneri bir məkana topladı.

Tədbirin açılış nümayişi məşhur Qazaxıstan brendi ALEX CHZHEN etdi. Qazaxıstan Moda Həftəsinin yaradıcılarından biri, dəb sahəsinin formalaşmasında böyük rolu olan ALEX CHZHEN podiumda qara və ağ rəngin dominantlıq etdiyi, sadə ştrixləri olan monoxrom rənglərdən ibarət mürəkkəb kəsimləri ilə seçilən kolleksiyasını təqdim etdi. Xüsusən geyimlərin tamamlanmasında istifadə edilən yaxa sancaqları, boyun bağları və böyük ölçülü qolbaqlar izləyicilərin böyük marağına səbəb oldu.

Nümayişin 2-ci hissəsində çıxış edən Qazaxıstan əsilli TAMARA LAMANUKAEVA qara rəngin əbədi zərafətindən, bəyazın saflığından və qırmızının dəbdəbəsindən istifadə edərək müxtəlif kombinlər yaradaraq dəb həftəsində bütün diqqətləri üzərinə çəkməyi bacardı. Gündəlik və gecə geyimlərinin əks olunduğu kolleksiyada “Love” printinin geyimlərin əksəriyyətində istifadə edilməsi diqqət çəkən nüanslardan idi.

Maraqla gözlənilən kolleksiyalardan biri də sözsüz ki, məşhur Gürcüstan brendi SALLE de MODE idi. Müasir dövrün dəb standart və tələblərini nəzərə alan brend “Əl” adlı kolleksiyası ilə izləyicilərə təqdim etdi. Kəskin qara və metalik rənglərin istifadə olunduğu kolleksiyada müxtəlif həndəsi kəsimlər, 3D ştrixlər, tüklü ayaqqabılar və digər iddialı parçalara yer verilib. Qadın zərifliyini, eyni zamanda gücünü və inamını əks etdirən kolleksiya iştirakçıların rəğbətini qazandı.

Digər bir nümayiş isə yerli brend K FABUEL-ə məxsus idi. Zərifliyin və dəbdəbənin harmoniya təşkil etdiyi və 14 geyimdən ibarət kolleksiyada istifadə olunan əlvan rənglər, saçaqlar, müxtəlif güpür işləmələri seyr edənləri sirli dəb şənliyinə dəvət etdi.
 

30
 

Və nəhayətki, hər kəs tərəfindən səbirlizliklə gözlənilən LİBAS COUTURE brendinin mono nümayişi baş tutdu. Brendin yaradıcı dizayneri Zemfira Musayeva fərqli parçaların uyğunlaşmasının yaratdığı ahənglə yanaşı qadınsı cazibəni vurğulayaraq xüsusən gənc xanımların yaddaşlarında iz buraxacaq ziyafət geyimlərini təqdim etdi. Fərqli konsept ilə izləyici qarşısında çıxış edən brendin Salman Qənbərovun pianoda ifası ilə canlı musiqi sədaları altında təqdim etdiyi kolleksiya izləyicilərin alqışlarını qazandı.

LİBAS COUTURE Azərbaycan xalqının son zamanlar keçirdiyi ağrılı, yaralı vətən torpaqları uğrunda apardığı döyüşlərdən təsirlənərək yarımçıq qalmış həyat hekayəsini əks etdirən, hüznlü kolleksiyası ilə qarşımıza çıxdı. Kolleksiyada son aylarda Qarabağda gedən müharibənin acı həqiqətlərini, xalqımızın Qarabağ uğrunda inadkar dəyanətini, gözü yolda qalmış qadın kədərini öz üslubu ilə əks etdirmişdir. Əsgər yolu gözləyən Azərbaycan xanımının puç olmuş arzularını, emosiyalarını və hislərini əks etdirmək üçün bəyaz əvəzinə qara gəlinlik seçim etməsi ilə brend hər kəs tərəfindən böyük rəğbət və qürur hissi ilə qarşılandı.
 
 
Hazırladı: Röyalə Hüseynova
Foto: Azad Jahangirzadə

 
 
1

2

3

4

5

31

34

32

35

6

8

9

7

33

10

11

12

13

15

16

17

18

19

20

21

22

23

24

25

26

27

28

29

 

 

 

 

 

Şərhlər

Menyu