Nərgiz Əliyeva. Müxtəlif tərzləri fərqli şəkildə kombin etməyin incəlikləri.

 
FotorCreated
 
İlk bloq postumda aksessuarlar vasitəsilə eyni geyim dəsti ilə müxtəlif tərzləri fərqli şəkildə kombin etməyin mümkün olduğunu nümayiş etmək istədim.
 
Hazırladığım kombin həftə sonu istirahəti üçün nəzərdə tutulub. Bu səbəbdən daha rahat və idman üslubunda olan geyimlərə üstünlük verərək şıq sport tərzində luk yaratmışam. Kombinim xaki rəngli şalvar, sadə bəyaz köynək və cins gödəkçədən ibarətdir.
 
Kombinimi BRAVO! brendindən seçdiyim müxtəlif aksessuarlarla tamamladım. İlk favoritim çiçəkli poçtalyon çanta və eyni printli ayaqqabı oldu.
 
Yay fəslinin əvəzedilməz aksessuarı hesab edilən eynək seçimim də BRAVO! brendinə məxsusdur. Rəngli şüşəli və kamuflyaj çərçivəli eynəklər son illər olduqca dəbdədir. Mənim də seçimim məhz mövsümün trendlərindən olan dəbli eynəklərdən yana oldu.
 
Krem və açıq çəhrayı rəngli çantalarım obrazımla harmoniya təşkil etməsi ilə bərabər sadə şıqlığıma rəng qatmışdır. Kombinimi BRAVO! brendindən kiçik və fərqli detalları ilə –boyunbağı, qolbaqla tamamladım. Müxtəlif zövqlü xanımlar üçün nəzərdə tutulmuş aksessuar brendinin butiklərindən mövsümün dəbli aksessuarlarını əldə etmək mümkündür.
 
 
Hazırladı: Nərgiz Əliyeva
Foto:Kamran Kerimov
 
 
00001

12365456

1772

142563987

kam_181

000005

08

830

10

 

 

 

 

Şərhlər

Menyu