AÇIQ DEBAT: “Zuleykha” jurnalı Azerbaijan Fashion Week çərçivəsində görüş təşkil edir

debat final 1
 

Paytaxtda yerli moda və dizayn sahəsindəki canlanma dövründə ölkəmizdə ilk və yeganə Azərbaycan dilli “online” qadın jurnalı “Zuleykha” Azerbaijan Fashion Week moda günləri çərçivəsində Sizləri 25 May saat 16:30-da Boulevard Otel-də təşkil etdiyi “Moda və onun rəqəmsal aləmdə inkişafı” adlı açıq debatı izləməyə dəvət edir!

Beləliklə, ictimaiyyətə açıq görüşdə yerli dəb sahəsi ilə maraqlananlar bir çox suallara cavab tapacaq, tanınmış mütəxəssislərlə ünsiyyət quracaq və onları maraqlandıran bir sıra mövzulardan agah olacaqlar.

“Zuleykha” jurnalının Təsisçisi və Kreativ Direktoru Lalə Mirzəyevanın ölkəmizdə “digital” platformada dəb anlayışı mövzusundakı çıxışı ilə açılacaq tədbirdə “online” rejimdə çalışan bir sıra aparıcı platformaların nümayəndələri 1news.az xəbər portalının mədəniyyət xəbərləri üzrə əsas Müxbiri Feliks VishnevetskiyFriday.az əyləncə portalının Baş redaktoru Ayxan Musaxanlı, peşəkar modelyer-dizayner Turan Kərimbəyli, Luxout geyim butikinin həmtəsisçisi Səbinə Mirzəyeva, tanınmış Moda bloqeri Aynur Güzəl, innovativ Shrippi mobil tətbiqinin həmtəsisçisi Ersin AlQrafik dizayner Kənan Nəsibov müxtəlif mövzularda çıxışlar edəcək, yerli dəb industriyasının hazırki vəziyyəti, onun internet üzərindən fəaliyyəti və bu kimi digər mövzular ətrafında müzakirələr aparacaqlar.

Səmimi və açıq ünsiyyət üzərində qurulacaq tədbirdə istənilən dinləyici tədbirin qonaqlarının müzakirələrinə müdaxilə edib mövzu ilə bağlı fikirlərini söyləyə biləcək, onları maraqlandıran suallar ünvanlayacaqlar.

Dəb, onun ölkəmizdə hazırkı vəziyyəti və onun rəqəmsal aləmdə inkişafı ilə maraqlanan hər bir kəsi tədbirdə iştirak etməyə dəvət edirik!
 
Qeydiyyat üçün: http://bit.ly/1W6vOSG
 
 
 

Şərhlər

Menyu