MENDEL gəlinliklərindəki sadəlik və minimalizmin təcəssümü

coverr011
 

Moda dünyasına ilk olaraq Rus zadəgan təbəqəsi üçün xəz istehsalı ilə başlayan J.MENDEL brendi 2007-ci ildən etibarən gəlinlik istehsalına başlayaraq tezliklə evlilik hazırlığında olan xanımların diqqətini öz üzərinə çəkməyi bacarmışdır. Hər zaman qadının sirli və heyrətamiz cazibəsinin vurğulandığı dizaynları ilə maraq doğuran brend mövsümün kolleksiyasında da bu ənənəsinə sadiq qalıb.

Yüksək keyfiyyətli və qüsursuz sənətkarlıq prinsipləri əsasında yaradılmış kolleksiyada dizayner Gilies Mendel sadəliyin ön planda olduğu eleqantlıqla minimalizmin harmoniyasını əks etdirən gəlinlik modelləri hazırlayıb. Kolleksiyada diqqət çəkən nüanslardan biri Mendelin qadınların heyran olduğu köhnə Hollivud üslubunda gəlin libaslarını modern ştrixlərlə sintez edərək uyğunlaşdırması idi.

Güpür, ipək, orqanza və başqa yüksək keyfiyyətli parçaların istifadə edildiyi gəlinlik libasları müxtəlif növ dekorativ kəsimli dekoltelərlə tamamlanıb. Dəbdəbədən uzaq, zəngin mirvari, ağ, şampan rənglərin, klassik silüetlərin, su pərisi ətəklərin, yarımşəffaf və simmetrik kəsimlərin zərifliyi ilə göz oxşayan gəlinlik libaslarının içində gəlinlər həyatlarının ən vacib günündə xatirələrdən uzun müddət silinməyəcək anlar yaşayacaqlar.
 
 
Hazırladı: Röyalə Hüseynova
 
 

J-Mendel-001-1366

J-Mendel-002-1366

J-Mendel-003-1366

J-Mendel-004-1366

J-Mendel-005-1366

J-Mendel-009-1366

J-Mendel-007-1366

J-Mendel-008-1366

J-Mendel-016-1366

J-Mendel-015-1366

J-Mendel-014-1366

J-Mendel-014-1366

J-Mendel-013-1366
 
 

Şərhlər

Menyu