SALVATORE FERRAGAMO: Klassizm dövrünə müasir baxış

Cover01

 
SALVATORE FERRAGAMO  italyan brendinin yaradıcı dizayneri Massimiliano Ciornetti XX əsrin I yarısından öz yüksək keyfiyyətli dəridən hazırlanmış ayaqqabıları ilə bu sahədə olan uğurunu davam etdirir. Bu baxımdan mövsümün yeni kolleksiyada da dəridən hazırlanmış və mükəmməl biçilmiş geyimlər xüsusilə diqqət çəkir. Kolleksiyanın hazırlanmasında dizaynerin əsas ilham mənbəyi klassizm dövrü və həmin dövrün müxtəlif tipli yaradıcılıq nümunələri olub.
 
Kolleksiyanın yaradılmasında dizaynerin əsas məqsədlərindən biri dəbli və eyni zamanda dövrə tabe olmayan geyimlər yaratmaq idi. Kolleksiyada sakit tonlara: ağ, qara, qəhvəyi və s. üstünlük verilsə də dizaynerin bir-birinin ardınca təqdim etdiyi kirşan çəhrayısı, səma mavisi və narıncı rəngində olan geyimlər zalda tamaşaçı qismində əyləşənlərin təəccübünə səbəb oldu.
 
Dizaynerin kolleksiyanı yaratmaqda digər bir məqsədi Yaz-Yay üçün dəbli olduğu kimi, bir o qədər də rahat geyimlər hazırlamaqdır. Massimilianonun bu məqsədini kolleksiyada olan çox saylı enli və qat-qat donlardan aydın duymaq mümkündür. Geyimlər olduqca sadə aksessuarlar, makiyaj və saç düzümləri ilə tamamlanmışdı.

Hazırladı:  Ülviyyə Novruzova

9b258bad74a19f30f4e33bb938e27a14_kim_0029_a25d243007ce56fd5693653ee7_bbc4130b7d335b379865ce790ee87ab8

f6b6f467eab19b4749fd2751217a93bd_kim_0445_b5a4db8ec078ab90d0884d58aa_bbc4130b7d335b379865ce790ee87ab8

1a43195a8acd44120fa5e30f15149b12_kim_0671_041fb310c62381b8e89848f8a5_bbc4130b7d335b379865ce790ee87ab8

8a0f0b8b78a14b8af41c28c34b0dcd5c_kim_0259_9dfcd1ce226ddd6bab6455a526_bbc4130b7d335b379865ce790ee87ab8

47eb36876b5ded445baa3a84e90ae9a2_kim_0233_1d476192e6e812fe572f23e51c_bbc4130b7d335b379865ce790ee87ab8

97d52808375bc8a540073788a6aae1b6_kim_0651_e40ba0fcb70a6b52a9922d33fd_bbc4130b7d335b379865ce790ee87ab8

2624de47e98664b66db5c437013ad8a6_kim_0083_6b7897cca2d741d6fffc9ade2f_bbc4130b7d335b379865ce790ee87ab8

c9851a25623169f6f5b4180bc5e5138e_kim_0717_f0dca55b608b1bf55e90a4e79f_bbc4130b7d335b379865ce790ee87ab8

a78d2699ff1e98837d254a8dbb92d7fd_kim_0751_8bcf410e8bb58d1e4ce3ff7101_bbc4130b7d335b379865ce790ee87ab8

84468c7cf66e33c5335b23c3c8e4a94b_kim_0421_61ca5e80c883d93c14a08cd05e_bbc4130b7d335b379865ce790ee87ab8

2c2b6ac47806ef364d1bb4d4cf4ac048_kim_0689_21d07f8a8fc43cde5f42810416_bbc4130b7d335b379865ce790ee87ab8

KIM_0575

KIM_0733

KIM_0613

KIM_0055

 

Şərhlər

Menyu