FILM|QIŞ YUXUSU: İnsana insanı tanıdan film

585745

Nuri Bilge Ceylanın şedevr əsəri sayılan və ona Kann Film Festivalında “Qızıl Palma” mükafatını qazandıran “Qış Yuxusu” Türkiyədə bu mükafata layiq görülmüş sayca ikinci filmdir.

İnsana insanı tanıtmaq” fikri üzərində çəkilmiş film Ceylanın məhdud dialoqlu digər filmlərindən fərqli olaraq, sonsuz dialoqlardan ibarətdir. Dialoqların əksəriyyətinin şəxsiyyət analizlərindən ibarət olan bu söhbətlərdə rus ədəbiyyatından sitatlara üstünlük verən Ceylan filmdə Dostoyevski, Çexov kimi ədiblərdən başqa, Şekspir, Volter kimi ədiblərin düşüncələrinə də yer verir.

kis_uykusu1

Filmin baş qəhrəmanı ömrünün 25 ilini teatr səhnəsində keçirmiş, təqaüdçü aktyor Aydındır. Aydın müəyyən yaşa çatdıqdan sonra aktyorluğu buraxaraq Orta Anadoluya, atasından miras qalan “Othello” adlı kiçik oteli işlətmək üçün Kappadokiyaya gəlir və burada yazıçılıqla məşğul olmağa başlayır.

Filmin əsas obrazlarından sayılan və Aydının xarakterini aralarındakı dialoqlar vasitəsi ilə açan digər iki obraz isə onun həyat yoldaşı gənc və gözəl Nihal və boşanmış bacısı Necladır.

Qışın gəlməsi ilə birlikdə müştəri sayısı azalan oteldə Rembrant əsərlərini xatırladan nağılvari bir mühit yaranır və rejissor izləyicini baş qəhrəmanın iç dünyasına apararaq onun həyat yoldaşı, bacısı və filmdəki digər obrazlarla üzləşməsinin şahidi edir.

Kis-Uykusu-9
wint
winter-sleep-2014-007-town-in-rocks-in-snow_1000x750
“Qış Yuxusu” Türkiyənin ən yaxşı “görüntü sehrbazlarının” başında gələn operator Gökhan Tiryakinin ustalığı sayəsində xüsusi seçilmiş kadrlar vasitəsi ilə də izləyicini valeh edir.
3 saat 16 dəqiqə davam edən film Kann film festivalında mükafat qazanmış ən uzun filmdir. Bununla yanaşı film “FIPRESCI” tərəfindən də mükafata layiq görülmüşdür. Xatırladaq ki, Nuri Bilge Ceylan sadəcə 1995-ci ildə Kann film festivalından əli boş qayıtmış, qatıldığı digər bütün filmləri ilə böyük mükafatlara layiq görülmüşdür. Kann film festivalında ayaqda alqışlanan “Qış Yuxusu” münsiflər heyəti başçısı olan Ceyn Kampionun da xüsusi təqdirini qazanmışdır.

Hazırladı: Əminə Həsənova

Şərhlər

Menyu