25 il Azərbaycanda. TÜRK HAVA YOLLARI ölkəmizdə yubileyini qeyd etdi.

 

tk

 

Avropanın əy yaxşı aviaşirkəti seçilən Türkiyə Hava Yolları hal-hazırda dünyanın 4 ən yaxşı hava yollarından biridir. Bir çox sahələrdə yüksək dərəcələr qazanan Türk Hava Yollarının 25 il öncə həftədə bir uçuşla başlatdığı Bakı-İstanbul-Bakı səfəri artıq gündə beş səfər olaraq yerinə yetirilir. Bu səfərlərdən biri İstanbulun Sabiha Gökçen, digər dördü isə Atatürk beynəlxalq hava limanına təşkil olunur.

Türk Hava Yollarının İstanbuldan Bakıya olan ilk uçuşu 25 mart 1991-ci il tarixində həyata keçirilmişdir. Artıq 25 ildir Azərbaycan xalqının yanında olan və Azərbaycanlıların dünyanın 113 ölkəsinin 285-dən çox şəhərinə rahat səyahətini təmin edən Türk Hava Yolları bütün dünya üzrə uçuşlarını 315 təyyarə ilə həyata keçirir.

Türk Hava Yolları ilə səyahət edən sərnişinlərin sayı ilbəil artır. 2015-ci hesabat ilinin nəticələrinə görə, Türk Hava Yolları ümumilikdə 61 milyon 200 min sərnişinə xidmət göstərmişdir. Hər il artaraq davam edən bu göstəricinin 2016-cı ilin sonunda 72 milyon 400 min sərnişinə çatacağı gözlənilir.

Qeyd edək ki, Türk Hava Yolları Futbol üzrə 2016-cı il Avropa Çempionatı, Avropa Basketbol Liqasının, eləcə də “Batman Supermenə qarşı: Ədalətin Şəfəqi” filminin rəsmi sponsorudur.

“Zuleykha” jurnalı Türk Hava Yolları-nın kollektivini yubiley münasibəti ilə təbrik edir və hər zaman yüksək ada layiq olub zirvədə qalmalarını diləyir!
 
 

th2

 

Şərhlər

Menyu