Four Seasons Baku “Art and Jewels of the World” sərgisinə qapılarını açdı

aa2
 

Artıq 3-cü ildir ki, «Art and Jewels of the World» adlı illik sərgi Four Seasons Hotel Baku da keçirilir. İldən ilə ən füsunkar zinət əşyaları və sənət asərləri kolleksiyalarının təqdimatı yeni konseptual yanaşma ilə qonaqlar arasında böyük maraq doğurur. Dinamik və ambisiyalarla dolu Bakı şəhərinin ritmi, həmçinin klassik irs ilə müasir təm-tərağın vəhdəti, hər il sərgini yeni konsepsiyada təqdim etməyə mükəmməl şərait yaradır.

Bu il tədbirin əsas əlamətləri eksklüzivlik və qənirsizlik olaraq, məşhur brendlərin ən ecazkar kolleksiyalarını təqdim etmək məqsədilə şəxsi ziyarət üçün xüsusi şərait yaradılmışdı.

Üç gün ərzində Four Seasons Hotel Baku-nun 3-cü mərtəbəsində yerləşən lüks otaqların qapıları seçilmiş qonaqlar üçün açıq idi. Qonaqlara Yvel, Fabergé və Lydia Courteille kimi dizaynerlərdən heyranedici zinət əşyaları təqdim olundu.

Greubel Forsey – Swiss Haute Horlogerie (“Yüksək İsveç saat sənəti”) öndəgedən markası eksklüziv olaraq öz yeni şah əsərini təqdim etdi: incəsənətin və saat istehsalında ən çətin texnologiyalardan olan Tourbillon buna bir nümunə idi . Faberge brendindən “Lady Compliquée Peakock” isə xanımlar üçün mütləq zinət əşyası olacaq.
 
 

aa4

aa5

aa6

a1

a2

aa7

aa8

aa9

aa10

 

 

Şərhlər

Menyu