Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu 2016” keçirildi

 

01
 

Mayın 1-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə xeyriyyə məqsədi daşıyan “Bakı Marafonu 2016” keçirildi.

Dövlət Bayrağı Meydanından start verilən yarışa Azərbaycan vətəndaşları ilə yanaşı, ölkəmizdə yaşayıb-çalışan 500-dək əcnəbi qoşulub.

Tədbirin  keçirilməsində əsas məqsəd Azərbaycanda gənclər arasında  idmanın inkişafına dəstək yaratmaq,  insanları sağlam həyat tərzinə təşviq edərək xeyirxah məqsədlər naminə bir araya gətirməkdir.

Yarış zamanı kişilər arasında birinci yerə Namiq Əsədov, ikinci yer Gürcüstan təmsilçisi Georgi Dameniya, üçüncü yeri isə Tural Sadıxlı tutub. Qadınlar arasında birinci Rahidə Aslanova, ikinci yeri Böyük Britaniya vətəndaşı Nataşa Peterson, üçünçü yeri isə Rəqsanə Rəcəbli tutub.

Təşkilatçılar tərəfindən birinci yerin qalibi 3 min, ikinci yerin qalibi 2 min, üçüncü yerin qalibi isə min manat məbləğində mükafat və hədiyyələrlə təltif olunub.

Bakı marafonundan toplanan vəsait Heydər Əliyev Fondunun valideyn himayəsindən məhrum olmuş uşaqlarla bağlı layihəsinə yönəldiləcək.
 
 
Hazırladı: Mənsurə Məmmədəliyeva
 
 
02

03

04

05

06

07

Şərhlər

Menyu