EDITORIAL: Şıltaq gəlinlər. Bakının ən dəbli gəlinlik obrazları.

27
 

Ata evində sevgi və qayğı ilə əzizlənərək böyüyən, illər ötsə də qəlbində hər zaman uşaqtək məsum qalan xanımlarımız istənilən yaşda çılğın və ərkəsöyündürlər. Zərif cinsin nümayəndələri toy günü özlərini sevdiyinin qollarına təslim edərək, bir ömür boyu dərin sevgi ilə bağlı olacağı insanla sevgi və sədaqətə doğru uzanan yolda yeni həyatın başlanğıcına qədəm qoyur.

Əbəs yerə deməyiblər ki, “Bir xanım üçün ən gözəl səhər toy günüdür, çünki o artıq həyatında ilk dəfə nə geyinəcəyini bilir.” Gəlin paltarı seçmək istənilən gəlin namizəd üçün ən məsuliyyətli və həyəcanlı andır. İstər həcmli, istər dəbdəbəli işləmələrlə, istərsə də incə ampir stilində, hər bir gənc xanım bəy və qonaqların qarşısında “göz qamaşdıran bəyaz libasda” ideal görünməyi arzulayır.

CASABLANCA BRİDAL gəlinlik brendi açıldığı ilk gündən bütün dünyada məşhurlaşaraq, yüksək keyfiyyətli parçaların istifadə olunduğu orijinal dizaynları ilə seçilən möhtəşəm gəlin libasları üçün fərqli modellər hazırlayır. Zəngin seçimi ilə, dəbə uyğun gəlinlik modelləri təqdim edən brend laqeyd qala bilməyəcəyiniz xalis ipək və atlas parçadan, zərif fransız güpüründən tikilmiş, dəbdəbəli gəlinlik modelləri təqdim edir. Bu orijinal dizaynlı gəlinliklər həyatınızın ən özəl günündə özünüzü nağıllardakı şahzadələr kimi hiss etməyinizi təmin edəcək. İddialı və zərif bu gəlinlik modelləri ilə toy günü ovsunlayıcı gözəlliyə sahib olmamaq mümkün deyil. Swarovski daşları ilə bəzədilmiş gəlinliklər zərif gəlin obrazınıza şıqlıq qataraq, bütün diqqəti üzərinizdə cəmləşdirəcəkdir.

Toy günü gəlinlər hər şeyin mükəmməl olmasına çalışırlar. Hələ söhbət gəlinin makiyajından gedirsə sözsüz ki, hər şey ideal şəkildə olmalıdır. Bu zaman ən düzgün seçim özünüzü işinin peşəkarı olan gözəllik mütəxəssislərinə həvalə etməkdir. Təbii və saf gözəlliyin ön plana çıxarılması fikrini təbliğ edən ALDO COPPOLA gözəllik və Spa mərkəzində çalışan vizajistlər və saç ustaları müştərilərinə individual şəkildə yanaşaraq hər gəlinə özəl vizaj və saç düzümü təqdim edir. Saç kəsimi və modelləşdirmə texnikasında müstəsna üsullardan istifadə edərək müştəriyə özəl, günlük və gecə ziyafətinə uyğun dalğalı, buruq və düz saç düzümləri təklif edən mərkəz hər bir xanım rahatlıqla yüksək standartlara cavab verən brendə məxsus kosmetik vasitələrlə də qüsursuz gözəlliyə sahib olmasına yardımçı olur.
 

2
 

Hər bir gəlinliyi tamamlayan vacib aksessuarlardan biri də ehtişamı və dəbdəbəli görünüşü ilə diqqətləri üzərinə çəkən, parlaqlığı ilə göz qamaşdıran zərgərlik əşyalarıdır. İtaldizayn Group şirkətinin butik və salonlarında təqdim olunan dünyaca məşhur zərgərlik brendlərinin eksklüziv modelləri gəlinlik obrazınıza fərqli şarm qataraq, gecənin ulduzunun siz olduğunuzu hər kəsə xatırladacaq.

ROYAL COLLECTİON multibrend zərgərlik butikinin təqdim etdiyi italyan brendi- eşqin simvolu kimi tanınan LEO PİZZO zərgərlik əşyaları bacarıqlı və təcrübəli mütəxəssislərin uzun axtarışları nəticəsində ərsəyə gəlir. İtalyan sənətkarlarının zövq duyumu nəticəsində bənzərsiz orijinallığı ilə seçilən formaların əks olunduğu brendin hər bir məhsulu unikaldır. Brendin təqdim etdiyi yüksək keyfiyyətli, xüsusi seçilmiş qiymətli daşlardan hazırlanan zərgərlik əşyaları sahibəsinə möhtəşəm görüntü bəxş edir.

CHOPARD brendinin zərgərlik əşyaları isə arzuların reallığa çevrilməsi deməkdir. Yüksək zövq duyumuna sahib zərgərlər tərəfindən hazırlanan, üstünlük və harmoniya hissi bəxş edən, mükəmməl kombinasiya ilə İsveç eleqantlığının birləşdiyi lüks brend ən tələbkar xanımları belə özünə ram edir. Müxtəlif qiymətli daşlardan fərqli zərgərlik və saat modelləri təqdim edən brend, xanımların arzusunu gerçəkləşdirmək məqsədi ilə əsrarəngiz kolleksiyalarla müştərilərini sevindirir.
 

1
 

SWAROVSKI kristallarından hazırlanan zinət əşyaları ilk baxışda brilyant və qiymətli daşların imitasiyasını xatırlatsa da, həqiqətdə bu bijüteriyalar günümüzdə zərgərliyin tamamilə sərbəst növü olaraq çıxış edir.Dizaynları ilə ən lüks zərgərlik brendlərindən heç də geri qalmayan, kristallarla bəzədilmiş, qüsursuz sənətkarlıq nümunəsi olan bu daşlar məftunedici cazibəyə malikdir. Moda dünyasını yaxından izləyən sənətkarların hazırladığı hər bir zinət əşyası ən son dəb tendensiyalarından xəbər verir.

Brendin təqdim etdiyi Diapason komplekti məşhur model Miranda Kerlə birlikdə əməkdaşlıq nəticəsində ərsəyə gəlmişdir. Klassik görünüşlü romantik bijüteriyalar yarımşəffaf kristalları ilə obrazınıza glamur görüntü bəxş edəcək. Bahar fəsli üçün nəzərdə tutulmuş, zərif toxunuşlu işləmələrlə bəzədilmiş Baron Eden komplektləri obrazınıza yaz təravəti gətirəcək.

Lüks və dəbdəbə dedikdə ilk ağla gələn, zövqün simvolu kimi tanınan XTRAVAGANZA zərgərlik butikidir ki, o da gözəlliyi və özünü ifadə etməyi sevənlərin seçimidir. Buradakı bəzək əşyaları müasir dəblə ayaqlaşır, həmçinin klassik üslubda işlənmiş dəbdəbəli görünüşü və təmtəraqlı tərtibatı ilə diqqət çəkir. 30-dan çox ölkədə 600-dən çox butikinin fəaliyyət göstərdiyi APM MONACO brendi lakonik forması, fransız sayağı şarmı, zərif və düzgün proporsiyaları ilə daim 1 addım öndədir. Style Avenue markasına məxsus qiymətli daşlarla bəzədilmiş zərgərlik dəsti isə şəbəkəni xatırladan işləmələri ilə göz oxşayır.
 

18
 

Bəyaz gəlinliyin olmazsa olmazlarından, təravətli, eşq qoxulu atributlarından biri zövqlə seçilmiş gül buketidir. Gül dünyasındakı ekspertiniz WAX FLOWERS lüks gül butik salonunda çalışan peşəkar florist və dekor stilistləri gəlinliyinizə və məclisinizə uyğun olan, floristikada son trendləri nəzərə alaraq özəl gününüzü bəzəyəcək gül buketi hazırlayacaqlar. Hollandiya, Yaponiya, Fransa, Italiyadan gətirilən yüksək keyfiyyətli, geniş seçimi ilə fərqlənən təbii güllər bəyaz gəlinliyinizin son ştrixi olacaq. Canlı təbiətin əsrarəngiz gözəlliyini öz butikinə daşıyan brendin əsas məqsədi süni çiçək və aksessuarlardan uzaq olub, yenilikçi ideyasını- orqanik floristika anlayışını şəhərimizin sakinlərinə sevdirməkdir.

Birlikdə bir ömür paylaşmağa qərar verən cütlük toy şənliyini ən unudulmaz şəkildə keçirmək üçün məkan seçiminə də böyük diqqət ayırmalıdır. Şəhərin səs-küyündən uzaq möhtəşəm dünya brendi KEMPİNSKİ HOTEL BADAMDAR oteli yüksək servis xidməti, göz oxşayan lüks interyeri, ləziz təamları ilə əyləncəli toy şənliyi yaşamanızı təmin edəcək. Müştərinin nə istədiyini bilən, bir sözlə –“Müştərinin dili ilə danışan” otelin yüksək ixtisaslı əcnəbi və yerli əməkdaşları buraya təşrif buyuran qonaqların daim qayğısına qalaraq ən sadə gününüzü unudulmaz etməyə zəmanət verir. Oteldə tədbir və özəl mərasimləriniz üçün müasir təchizatla hazırlanmış, 600 nəfərlik 10 konfrans zalı xidmət göstərir. Müxtəlif zövqlü insanları bir araya toplamağı bacaran oteldə fərqli təamların təqdim olunduğu restoran və əyləncə mərkəzləri fəaliyyət göstərir.
 

Hazırladı: Mənsurə Məmmədəliyeva
Foto: Reşan Hüseynov
 
 

WAX FLOWERS: R. Behbudov 48A Tel: (050) 245-02-23
ALDO COPPOLA: Bakıxanov küç. 26 A. Tel: (012) 404-70-40
ROYAL COLLECTION Jewelry: Bül-bül pr. 30 Tel: (012) 493-40-84
CHOPARD: Zərifə Əliyeva küç. 41 Tel: (012) 493-02-08
XTRAVAGANZA: Z. Əliyeva: 31 A (012) 493-00-31
SWAROVSKI: Hüseyn Cavid küç.22 Tel: (012) 493-54-40
CASABLANCA BRİDAL BAKU: R.Behbudov küç.138 Tel: (012) 440-42-96
KEMPİNSKİ HOTEL BADAMDAR: M.Müşfiq 1C, AZ-1006 Tel: (012) 538 -90 -90

 
 

3

8

4

6

5

10

11

13

12

14

7

15

9

16

17

19

20

24

22

23

21

25

26

Şərhlər

Menyu