ALDO COPPOLA imperiyası. Gözəllik qurban tələb etmir!

5
 

Yarandığı gündən “təbiətdən gələn gözəllik” fəlsəfəsinə sadiq qalaraq, təbii və saf gözəlliyin ön plana çıxarılması fikrini təbliğ edən brend  ALDO COPPOLA özünə qulluq etməyi sevən hər bir xanımın arzusudur. Peşəkar heyəti ilə birlikdə gözəllik sahəsində özünə rəqib tanımayan bu gözəllik və spa mərkəzinin şöhrəti İtaliya, ABŞ, Koreya, Yaponiya, Ukrayna, Rusiya və nəhayət Azərbaycanda da öz əks-sədasını tapdı. Artıq xanımlarımız rahatlıqla yüksək standartlara cavab verən kosmetik vasitələrlə qüsursuz gözəlliyə sahib ola biləcəklər.

Öz yaradıcısının adını daşıyan lüks brend ALDO COPPOLA dəb və gözəllik dünyasında keyfiyyəti və qüsursuz xidməti ilə nüfuz qazanmışdır. Brend gözəllik sahəsinə gətirdiyi yeniliklərlə inqilabi təsir yaradaraq, qısa müddətdə diqqətləri öz üzərinə çəkməyi bacardı. Yüksək səviyyəli xidməti, doğmalıq hissi yaradan atmosferi, işində peşəkar və məsuliyyətli olan ixtisaslı ustaları və daim yenilənən gözəlllik prosedurları ilə mərkəz daimi və yeni müştərilərini həm təəccübləndirməkdə davam edir.
 

1398588_639326079422548_628064273_o

6231_src
 

Mərkəzin əsas məqsədi xanımların individual gözəlliyini vurğulamaqla bərabər, təbiətdən gələn təbii kosmetik vasitələrlə müştərilərinə sağlam və faydalı gözəllik bəxş etməkdir. Mərkəzin peşəkar ustaları “Gözəllik qurban tələb edir” fikrini təqzib edərək, müştərilərinə təbii yollarla bərpa edici və qoruyucu qulluq vasitələri təklif edirlər.

Brendin gözəllik mərkəzlərində yalnız yüksək dərəcəli gözəllik xidməti deyil, eyni zamanda kosmetik, tibbi və SPA proqramları da təqdim olunur. Kosmetologiya və tibb sahəsi üzrə ən son tendensiyaları izləyən gözəllik salonu ALDO COPPOLA görkəminizlə bağlı olan istənilən estetik nöqsanın təbii yollarla aradan qaldırılması üçün beynəlxalq elmi laboratoriyalar tərəfindən təkmilləşdirilmiş ən son avadanlıqlardan istifadə edərək xanımların arzusunu reallaşdırır və onları gülər üzlə yola salır.

Daim müştərilərinin rifahını düşünən təcrübəli komanda yaratdıqları təkrar olunmaz vizajla gözəlliyinizi ön plana çıxarır. Saç kəsimi və modelləşdirmə texnikasında müstəsna üsullardan istifadə edərək müştəriyə özəl, günlük və gecə ziyafətinə uyğun dalğalı, buruq və düz saç düzümləri təklif edir. Peşəkar ustaların köməyi ilə siz gündüz, gecə makiyajı və vizajla bağlı bütün sirlərə yiyələnəcəksiniz.

Dünyaca məşhur moda evlərinin VALENTİNO, ARMANİ, FERRE, MİSSİONİ,VERSACE dəb nümayişlərində iştirak edən brend daim xidmət çeşidlərini genişləndirərək xanımlarımıza daha geniş imkanlar təklif edir.
 
 
Hazırladı: Mənsurə Məmmədəliyeva
 
 
1384246_630274576994365_1533962678_n

4

6

3

2

1

Şərhlər

Menyu