“Anacan”: 12 dəqiqə ayaqda alqışlanan Kanada filmi

1b0dbd0c3024f636c686a9cfe288d067
 

46 mükafata namizədlik qazanan 27 yaşlı gənc Kanada əsilli fransız aktyor, ssenarist və kinorejissor Ksavye Dolan, “Kann” film festivalında 12 dəqiqə ayaqda alqışlanaraq böyük səs gətirən “Anacan” filmi (2014) ilə ana-oğul münasibətlərini özünəməxsus tərzi ilə olduqca fərqli bir müstəvidə izləyiciyə təqdim edir.
“Anacan” dram janrında olub, gənc yaşda dul qalan ana Diananın psixoloji problemləri olan yeniyetmə oğlu Stiv və qonşuları Kaylanın həyat mübarizəsindən bəhs edir. Rejissor bir qadın üçün təkbaşına övlad böyütmənin çətinliklərini və oğlan uşaqlarındakı ana məhəbbətini filmdə böyük bir ustalıqla təsvir edir.
 

mommy
 

Film simvolik olaraq, Diananın ağacdan alma topladığı səhnə ilə başlayır. Ərinin ölümündən sonra maddi sıxıntılar çəkməyə başlayan Diana, psixoloji problemləri səbəbindən müalicə mərkəzinə göndərilmək məcburiyyətində qaldığı oğlu Stivin xəstəxanada böyük bir yanğına səbəb olması və bir xəstəni ağır dərəcəli yaralamasından sonra iki seçim qarşısında qalır. Ya oğlunu yeniyetmələr üçün olan mərkəzdən alıb, Stivdən yaşca daha böyük və daha təhlükəli problemləri olan insanlar yerləşdirilmiş başqa xəstəxanaya göndərmək, ya da həyatına oğlu ilə davam etmək. Diana, onu gözləyən bütün çətinliklərə baxmayaraq ikinci yolu seçir.
 

mommy6

Mommy-1-600x601
 

Çəkdiyi filmlərlə gənc yaşından böyük uğurlar qazanan Xavyer Dolan bu son filmində izləyicini kinomotoqrafiya tarixində rastlaşmadığımız bir çox yeniliklə də tanış edir. Bunlardan ilk olan filmin 1:1 formatında izlənməsidir. Belə ki, izləyici bütün filmi kvadrat şəkilli dar bir pəncərədən izləyir və kadr film müddətində sadəcə 2 dəfə – Stivin əlləri ilə pəncərəni böyütdüyü və Diananın oğlunun gələcəyini xəyal etdiyi kadrlarda genişlənir. Bu səhnələrin hər ikisi isə Stivin film boyu ən xoşbəxt olduğu anlardır.

“Kann” film festivalının əsas hissəsində verilən və ən böyük mükafat sayılan “Qızıl Palma Budağı”, “Jüri mükafatı”, “Sezar” film mükafatları təqdimatında “Ən yaxşı xarici film” və bir çox digər mükafatlar qazanaraq, Xavyer Dolanın şedevr filmi sayılan “Anacan” final səhnəsi ilə xüsusi olaraq uzun müddət ağıllardan silinməyəcək.
 

Hazırladı: M. Həsənova
 
 

 

Şərhlər

Menyu