Dizayner Nəsrin Dadaşova: “Həyatımın ən özəl gününü şən keçirmək üçün yeganə çıxış yolum gəlinliklə idman ayaqqabısı geyinmək oldu.”

15
 

Yaratdığı “Nasaliani” adlı brendə məxsus fərqli dekor əşyaları və aksessuarları ilə ən çox gənc həmyaşıdları arasında tanınan gənc dizayner Nəsrin Dadaşova “ÇANTA” rubrikasının yeni qəhrəmanıdır. Onunla daha yaxından tanış olmaq üçün o bizi fərqli dizaynı, özünəməxsus abu-havası ilə seçilən yeni evində qonaq etdi. Müsahibə zamanı bizi bir an belə yalnız buraxmayan, nəvazişi ilə özünü bizə sevdirən evin ən kiçik üzvü, Nəsrinin pişiyi söhbətimizə əyləncə qataraq bizə özünü sevdirdi. Nəsrinin gənc olmasına baxmayaraq, istedadı, zəngin təxəyyülü və ən əsası daim yeniliklər axtarışında olması onu işində uğurlu edən cəhətidir. Onunla müsahibəmiz zamanı maraqlı və səmimi həmsöhbət olması ilə bərabər, həm də işgüzar və eləcə də dinamik qrafikdə yaşayib baxımlı qalmağı bacaran xanım olduğunu öyrəndik.

 – Nasa Modigliani adı bir çoxları üçün artıq tanışdır. Bəs sosial şəbəkələrdə bizim Nəsrin haqda bilmədiklərimiz?

– Düzünü deyim ki, mən özümü heç zaman bloqer olaraq təqdim etmirəm, elə bir iddiam da yoxdur. Sadəcə “Nasaliani” brendinin səhifəsini istifadəyə verdikdən sonra insanlara mənim şəxsi profilim maraqlı gəldi. Rəssamlıq Akademiyasında Qrafik dizayner fakultəsində təhsil alıram. Rəssamlıq akademiyasında oxumağım bir çoxlarının bildiyi rəssamlıqla maraqlandığım və rəssam olduğum anlamına gəlmir. Dizayn sahəsi xüsusən də interyer dizaynı mənə çox maraqlıdır. Yeri gəlmişkən qeyd edim ki, elə mənzilimizi yoldaşımla birlikdə dizayn etmişik, hər bir əşya, ən incə detalına qədər özümüz tərəfindən düşünülüb.

-Bildiyimiz qədəri ilə yastıq, dəvətnamə, fincan və telefon qablarının üstünü dizayn etməklə məşğul olursunuz. Elə bir məhsul varmı ki, onu satışa deyil, yalnız özünüz və ya yaxınlarınız üçün hazırlamısınız?

 –Bəli, belə məhsullar var, hansı ki, elə evimizin interyer dizaynına aiddir. Üzərində çox zəhmət çəkdiyimə görə ondan sadəcə 1 ədəd hazırlamışam.
 

12

2
 

– “Nasaliani” brendi yeni məhsullar siyahısını təqdim etməyi planlayırmı?
– Yeni məhsullar hazırlamaq barədə düşünürəm, amma bu aralar toyum oldu, hələ yeni evə tam köçməmişik. Bu səbəbdən  “Nasaliani”-də yeni maraqlı məhsulları önümüzdəki ilə planlamışam.

– Müəllifi olduğunuz brendin məhsulları dizayn üslubu ilə bir çox qəlbləri ovsunlaya bilmişdir. Bəs qarderobunuzda necə, yaradıcı təxəyyülünüzdən istifadə edirsinizmi?

– Qarderobumun tamamilə dizaynerlərdən olduğunu deyə bilmərəm. İşimlə bağlı olaraq tez-tez müştərilərlə fərqli məkanlarda görüşlərim olduğuna görə daha rahat geyimlər seçirəm. Belə hallarda sport ayaqqabı, cins şalvarlar və rahat köynəklərə üstünlük verirəm. Amma etiraf etməliyəm ki,  çanta mənim ən vacib aksessuarımdır.  Maraqlı və rəngarəng çantalar alarkən pula qənaət etmədən ən yaxşısını almağa çalışıram. Geyimə gəldikdə  qarderobumda özümün dizayn etdiyim geyimlər yoxdur.
 

10

9
 

– Bildiyimiz qədər, bu yaxınlarda ailə həyatı qurmusunuz. Ailəli bir xanım olaraq qarderobunuzdan xaric etdiyiniz geyim oldumu? Ümumiyyətlə necə düşünürsünüz ailəli xanımla subay xanımın qarderobları arasında fərq olmalıdırmı?
– Sualınızı anladım. Amma mən bu tip stereotiplərdən bir qədər uzağam (gülür). Bu insandan asılı olaraq dəyişən bir məqamdır. Mən evlilikdən öncə də çox açıq və ya ətrafda qəribə qarşılanacaq geyimlər geyinmirdim. Çərçivədən kənara çıxmıram. Hansı ölkədə hansı mühitdə yaşadığımı bilirəm, ailəm və yoldaşım da geyimimdən razı qalıb. Bu səbəbdən də evləndikdən sonra eyni geyimləri istifadə etməyə davam edirəm.

– Yeri gəlmişkən, toy şəkillərinizdə diqqətimizi bir məqam çəkdi. Bəzi şəkillərdə gəlinliyin altından idman ayaqqabısı geyinmisiniz. Gəlinliklə toydan qaçmağı düşünmürdünüz?
– Ümumiyyətlə dikdabanlı ayaqqabılardan çox nadir hallarda istifadə edirəm, çünki tez yoruluram. Həyatımın ən özəl gününü daha şən keçirmək üçün bu çıxış yolum gəlinliklə idman ayaqqabısını geyinmək oldu. Evdən çıxarkən idman ayaqqabılarında idim. Lakin arada dəyişib digər ayaqqabını geyinirdim. Yeri gəlmişkən, bir çoxları bunu bilmir, amma toyun sonlarına yaxın mən hətta gəlinliyimi də daha sadə libasla dəyişmişdim.
 

By Ilgar Gracie (230)

By Ilgar Gracie (183)

By Ilgar Gracie (234)

By Ilgar Gracie (235)
 

– Getdiyiniz ziyafətlərdə məkanın ən diqqət çəkən xanımı olmağa çalışırsınız yoxsa əksinə daha sadə qara və bej rənglərə üstünlük verib, diqqəti üzərinizdən yayındırırsınız?

– Bu mənim əhvalımdan asılıdır. Əgər əhvalım yaxşıdırsa çəhrayı və pastel tonları istifadə etməyi sevirəm. Lakin hədsiz şux rəngləri heç sevmirəm. Bu rənglər mənim tərzimə uyğun deyil.

– Nəsrinin qarderob qaydaları varmı?
– Geyimin xüsusi bir qaydası olduğunu düşünmürəm. Sadəcə çərçivədən çıxmamağa çalışıram. 1 kiçik qaydam var ki, geyimi fəslə görə deyil, havaya görə seçirəm. Məsələn, hava yetərincə istidir, ancaq fəsil hələ yay deyilsə, mən qolu açıq köynək və ya şort geyinə bilmərəm. Düşünürəm ki, hər geyimin öz fəsli var.

– Keçək “Çanta” rubrikasının ənənvi sualına. Nəsrinin çanta seçimində ən vacib rolu nə oynayır?
– Balaca çantaları çox sevirəm. İlk mağazaya girdikdə orada kiçik çanta varsa diqqətimi ona yönləndirirəm. Çantamın kiçik olmasına baxmayaraq, ora mənə lazım olan hər şeyi yerləşdirə bilirəm. Hətta dostlarım mənimlə zarafatlaşaraq, çantamı Harry Potter filmindəki Hermionanın sehirli çantasına bənzədirlər. Böyük çantalar isə qarderobumda azlıq təşkil edir. Kiçik çantalarla yanaşı fərqli, rəngarəng çantalara üstünlük verirəm. Çanta qarderobumda pişik qulaqları olan, hətta şampan şüşəsi formasında da çantam var.
 
 

Hazırladı: Nigar Hacızadə
Foto: Azad Cahangirzadə

 
 

11

3

6

7

8

1

13

14

16

17

18

Şərhlər

Menyu