Gəlinlərə 5 qızıl məsləhət! Libasınıza uyğun zinət əşyalarını necə seçməli?

7
 

Toya son hazırlıqlar gedir. Fikrinizdə hər şey qarışıb və ya hər şey o dərəcə planlaşdırılıb ki, sizə artıq hər şey qorxulu gəlir. Geyimlər, ayaqqabılar, fata, çiçək dəsti, saç düzümü, makiyaj, manikür. Görəsən başqa nə yaddan çıxdı? Əlbəttə ki, bu siyahıda zinət əşyaları heç unudula bilməz. Məqalə də elə gəlin obrazını mükəmməl şəkildə tamamlayan bu aksessuar haqqındadır. Bu çətin seçimdə “məsləhətçimiz” ROBERTO COİN italyan zərgərlik brendinin “Cento” toy zinət əşyaları kolleksiyası olacaq.
 
 
1. Uzun sırğalar bir neçə mövsümdür ki, toy zinət əşyalarının arasında mütləq favoritlərdəndir. Onlar istənilən formalı geyimə uyğunlaşdırıla bilir. Bundan əlavə, siz zinət əşyasına xüsusi saç düzümü seçməli olmayacaqsınız. Bu formada aksessuarlarla Hollivud sayağı saç düzümü yerinə düşür. Saç düzümü həcmli və ya hamar, və ya boyunun arxasında toplanmış ola bilər. Bu zaman uzun sırğalar qüsursuz görkəm alacaq. Hətta zinət əşyası daşlarla örtülübsə belə, o, ağır görünməli deyil. Dizaynda təbiət motivləri, zərif “güpür” və oyma elementlər – bütün bunlar sırğaları daha gözəl, gəlin üçün həqiqətən də yaraşan edir.

5
2
 
 
2. Nəzərinizə çatdıraq ki, bu gün floristik motivlər toy zinət əşyalarının dizaynında əsas mövzulardandır. Beləcə, metalda və zərgərlik daşlarında əks olunan kövrək təbii gözəllik qadın gözəlliyini və gəlinin cazibəsini vurğulayır.

3
 
 
3. Əgər qapalı, güpür libas seçmisinizsə və ya zinət əşyalarını necə uyğunlaşdırmaq lazım olduğu barədə şübhələriniz varsa, sizi İngilis qıfıllı pusetlər və ya kiçik ölçülü sırğalar xilas edəcək.

4
 
 
4. Boyunbağılara qalanda isə qeyd edək ki, zərgərlik aləmində son dünya trendlərinə diqqət etsək, daha incə boyunbağı dəstləri diqqəti çəkir. Xüsusən də, zərifliyini vurğulamaq istəyən və xarakterliyinin sirli olduğu qədər sadəliyini ifadə etmək üçün xanımlar belə seçimləri üstün tutur.

1
6
 
 
5. Eləcə də, seçiminiz uzun qolları olmayan libasdırsa, əllərinizin incə silüetini vurğulayacaq qolbaq haqqında düşünməyi unutmayın. Üzüklər barədə isə narahat olmağa dəyməz. Axı siz artıq unikal sayda – 100 tərəfi olan həmin brilyant Cento üzüyünü əldə etmisiniz. Cənab Roberto Koin söz verir ki, onun yanında digər üzüklərin işığı sönəcək. Xatırladaq ki, Roberto Coin zərgərlik brendi Zərifə Əliyeva küçəsi, 41-də Glampire Jewellery butikində təqdim olunur.
 
Hazırladı: Mənsurə Məmmədəliyeva
 
 

Glampire Jewellery
Zərifə Əliyeva küç, 41  

Tel: +12499 86 96
Facebook: @glampirejewellery
Instagram: @glampire_jewellery_baku 

 

 

 

Şərhlər

Menyu