Müasir uşaq otağı interyerində son trendlər. Övladlarımız üçün ən yaxşısı.

DLP_8988crop-898x1024
 

Sahib olduğumuz ən dəyərli xəzinəmiz- övladlarımızın erkən yaşlarını ən doğru və sağlam şəraitdə keçirmələrini təmin etmək ən vacib şərtlərdən biridir. Uşaqlıq dönəminin sağlam və pozitiv keçməsi üçün qidalanma, təhsil, oyunlar qədər günün böyük hissəsini keçirdiği otağın interyeri də önəmli mövzulardan biridir. Uşaq otağının dizaynı elə seçilməlidir ki, həm uşağın maraq dairəsini əks etdirsin həm də onun rahat şəkildə oynaması üçün uyğun məkan olsun.

Uşağınızın necə bir otağa sahib olmaq istədiyini özündən soruşmaq onun sərbəst qərar və dizayn qabiliyyətini gücləndirəcək. Bəlkə də onun xəyallarını reallaşdırmaq o qədər də əlçatmaz deyil. Həmçinin uşaqların xəyal dünyası daha rəngarəng olduğundan yaradıcılığa erkən yaşlarından başlamaları məsləhətdir.

Övladları üçün ən yaxşısını düşünən valideynlər son dövrlərdə “rəng elmi” mövzusunda peşəkar məsləhətlər almaqdan çəkinmirlər. Uşaq otağının divarını bir neçə rəngin sintezi ilə rəngləyə və ya onun sevdiyi cizgi filmi qəhrəmanlarının olduğu poster və stikerlərdən istifadə edərək maraqlı kombinasiyalar almaq olar.

Şən və rəngli uşaq otağı üçün rəngli işıqlar, cürbəcür dizaynlı xalçalar, divar dekorasiyaları maraqlı effekt yaradır. Bəyazın durğunluğu, bənövşəyinin yaradıcı ruhu, sevinc verən sarı, duyğuları hərəkətə gətirən narıncı, həyat dolu qırmızı, sakitləşdirici təsiri olan yaşıl və ya mavi uşaq otaqları üçün ənənəvi rənglərdəndir. Klassik tonlardan uzaq olmaq istəyənlər isə boz, sarı və ya sakitləşdirici pastel tonlarından istifadə edilə bilərlər.

Son dövrlərdə standartdan kənara çıxmaq istəyən valideynlərin çoxu övladları üçün maşın, gəmi, avtobus, qatar, qala, cizgi filmi qəhrəmanları kimi dizayna malik yataqlardan istifadə edirlər.
 

Hazırladı: Röyalə Hüseynova
 
 

582dbde71b9117be26229c034940cfe3

0c989b369cb15543a7f09673db6d7922

01ad07574b587b3c0e1daae91248ef1d

Gabriel 2

fe4dd5fd5b901e434c9aa7ec841d2a49

dc3445a831e11b3830aac4250200adf7

812e32433d6bd6de9c97f465ee4be2b7

fcf4ea80fca305aeecf3fe9989fa3ff5

de27a9e404e2d428c5eb5e552249e0fb

fa8fbf2e508b4a52fb8eca9072f4f681

u5

u9

u10

u11

u12

u13

u14

u15

u16

u17

u19

u20

u22

 

 

Şərhlər

Menyu