STELLA McCARTNEY yeni uşaq kolleksiyası! Vintaj və mistik printlər.

cover
 

Məşhur moda dizayneri, 4 uşaq anas Stella Makkartnin 2012-ci ildən sərgilənən uşaqlar kolleksiyasının rəngarəng və əyləncəli Yaz-Yaz 2016-cı ilə aid kapsul kolleksiyasında 0-14 yaş həddində uşaqlar üçün modern və vintaj tərzin sintezi nəticəsində alınan geyim dəstləri hazırlayıb. Bu mövsüm kolleksiyada vintaj üslubundan təsirlənərək iri çiçək printlərindən, rəngli quş qrafikasından və naxışlara çevrilmiş yaz-yay abu-havasından istifadə edilib.

STELLA MCCARTNEY 2016-cı il Yaz/Yay uşaq kolleksiyasına nəzər yetirsək uşaqların məsum və bir o qədərdə əyləncəli, xəyalpərəst ruhlarını əks etdirən dənizaltı aləmin, mistik və məzəli heyvan xarakterlərinin, ziq-zaq detallarının, eləcə də müxtəlif əyləncəli printlərin istifadə edildiyinə rast gəlmiş oluruq.

Dənizçi ştrixli, hərbi stildə və rəngarəng boya sıçrantıları ilə dizayn edilmiş uniseks gödəkçələr bu mövsüm balacaların sevimlisinə çevriləcək.

Brend dizaynlarında sertifikatlı pambıq parçalardan istifadə etməklə və eyni zamanda xüsusi at printli dizaynları ilə “Daha sağlam bir dünya” şüarı ilə çıxış edən “Meat Free Monday” kampaniyasına dəstək olur.
 
 

Hazırladı: Röyalə Hüseynova
 
 
ss16_press_images_rgb_300dpi_look_1

ss16_press_images_rgb_300dpi_look_2

ss16_press_images_rgb_300dpi_look_4

ss16_press_images_rgb_300dpi_look_6

ss16_press_images_rgb_300dpi_look_7 (1)

ss16_press_images_rgb_300dpi_look_9

ss16_press_images_rgb_300dpi_look_10

ss16_press_images_rgb_300dpi_look_11

ss16_press_images_rgb_300dpi_look_15
ss16_press_images_rgb_300dpi_look_16

ss16_press_images_rgb_300dpi_look_18

ss16_press_images_rgb_300dpi_look_20

ss16_press_images_rgb_300dpi_look_28

ss16_press_images_rgb_300dpi_look_29

ss16_press_images_rgb_300dpi_look_30

ss16_press_images_rgb_300dpi_look_32

ss16_press_images_rgb_300dpi_look_34

 

 

 

Şərhlər

Menyu