“Səyahət Sənəti”. Müasir incəsənət sorağında Paris səfəri. (İKİNCİ GÜN)

34
 
Fairmont Baku, YARAT Müasir İncəsənət Mərkəzi nəznində “Friends of Yarat” platforması və Azərbaycan Hava Yolları-nın təşəbbüsü ilə ərsəyə gələn “Səyahət İncəsənəti” adlı online səyahət layihəsinin ilk gününün təəssüratını sizlərə daha öncəki məqaləmizdə əyani fotolar və şərhlərdə paylaşmışdıq. “Zuleykha” jurnalının media partnyorluq etdiyi bu layihə çərçivəsində çoxsaylı muzeylər və sərgilərə növbəti günkü səyahəti planının gedişatı ilə bu məqalədə tanış ola bilərsiniz.

Səfərimizin növbəti gününü Le Royal Monceau, Raffles Paris otelində  “La Cuisine” restoranında zəngin seçimli səhər yeməyi ilə başladı. Siciliya borokkosu üslubunda dizayn edilən aristokratik abu-havalı, müştərilərinə səhər yeməyi və brançlar təqdim edən  “La Cuisine” restoranında Mişlen mükafatına layiq görülən, İtaliyanın müxtəlif bölgələrinin mətbəxinin təqdim olunduğu, baş aşpaz Roberto Rispol tərəfindən daim təzə və ən yaxşı məhsullarla hazırlanan yeməklər hər birimizi heyran etdi.

Daha sonra layihə iştirakçıları ilə vaxt tapıb otelinin içini kəşf etməyə çıxdıq. Ayılmaq istəməyəcəyiniz bir yuxunu xatırladan, arzuların oteli Le Royal Monceau, Raffles Paris haqlı olaraq Fransanın ən lüks və qədim otellərindən biri hesab edilir. Paris dəbdəbəsini və təmtərağını təcəssüm etdirən Raffles ailəsinin layiqli nümayəndəsi olan otel dünyasının ən lüks otellləri sırasında ilk pillələrdə yer alır. Möhtəşəm interyeri, təkrarolunmaz quruluşu və memarlığı ilə dünyaca məşhur şəxsiyyətlərin – Jozefina Beyker, Uinston Çörçill, Ernest HemenqueyMaykl Cekson – təşrif buyurduğu məkan 2014- cü ildə “Palais” – “Saray” adına layiq görülüb. 5 ulduzlu otelin yüksək ixtisaslı heyəti və qüsursuz xidməti həqiqətəndə tədqirə layiqdir. Bura gəlib dörd bir tərəfdən güzgü ilə əhatə olunan məşhur otel girişində şəkil çəkdirmək isə artıq ziyarətçilərin köhnə adətinə çevrilmişdir. Bizdə bu möhtəşəm aynalı məkana laqeyid qalmayıb “selfie” və şəkillər çəkdirdik.
 
 
32

31

30

33

29

28

Oteli gəzdikdən sonra proqrama görə 2-ci günün açılışını isə görünüşü ilə massiv ayzberqi xatırladan Louid Vuitton Foundation muzeyinə getdik. Fantastik qabaritləri ilə ilk andan bizi öz təsirinə salan muzey 2014-cü ildən fəaliyyətə başlayan  futuristik dizaynlı, fərqli landşaftı və ekzotikası ilə diqqət çəkən, eləcə də ətrafındakı parkın təbiətilə iç-içə harmoniya yaradan müasir incəsənət mərkəzi dekonstruktiv üslubu ilə memarlıq tarixinə adını yazan Frenk Qeriyə məxsusdur.

Muzey Parisin ən gözəl güşələrindən birində, akklimatizasiya parkında salınıb. Memarın qarşısına qoyulan əsas məqsəd  təbiət qoynunda tarixi tikili hazırlamaq idi. Palıd və şüşədən istifadə olunan Louis Vuitton Foundation muzeyinin 12 şüşəli pannosu ilə yelkəni, tavanın ekspressiv quruluşu buludları xatırladaraq mövcud stereotipləri qırır. Təbiətlə birbaşa harmoniya təşkil edən binanın şüşə panellərindən otağa günəş işığı daxil olur. Günün müxtəlif saatlarında işıqlandırma otaqlarda fərqli rənglərdə əks olunur. Bütün sadalanan detallar ziyarətçiləri bir anlıq tam fərqli bir məkana aparır.

Hazırda Louis Vuitton fondunun dəstəyi ilə fevral ayının 27-sindən avqust ayının 29-na kimi Müasir Çin İncəsənəti sərgisi keçirilir. İki hissədən ibarət olan sərginin I mərtəbəsində – Bentu adlanan hissədə –  izləyicilərə müxtəlif texnika və stillərdə olan ənənəvi çin qrafikası, videoart, həndəsi abstraksionizmə həsr olunmuş müasir əsərlər təqdim olunur. İkinci mərtəbədə isə – Louis Vuitton Foundation Museum-un illərdir topladığı Çin incəsənət və mədəniyyətinə məxsus nümunələri görmək mümkündür.  Sərgi Çin Mədəniyyəti və İncəsənəti haqqındakı düşüncələrimizə yeni baxış gətirdi. Sərgini izlədikdən sonra muzeyin dillər əzbəri olan üst qatda yerləşən restoranına üz tutduq. Restoranın möhtəşəm mənzərəsindən Paris sanki ayaqlarınızın altındadır- Defans, Bulon meşəsi, Eiffel qülləsi mənzərənin əvəz olunmaz bir parçasıdır.
 

12

13

14

15
 

İkinci üz tutduğumuz məkan plana əsasən  Pompidu muzeyi oldu. Bələdçimiz bizə muzeyin yaranma tarixi və burada keçirilən sərgilər barədə məlumat verdi. Bir zamanlar Fransa prezidenti olan Jorj Pompidu xəyal edirdi ki, “Kaş ki, Parisdə elə bir mədəni mərkəz olardı ki, burada incəsənət nümunələri sərgilənsin, yaradıcı seminarlar keçirilsin, musiqi və ədəbiyyatın araşdırıldığı bir məkan olsun”. Beləliklə, Fransa prezidenti Jorj Pompidunun təşəbüssü ilə belə bir binanın yaradılmasına 60-cı illərdə start verildi. Binanın inşası üçün nəzərdə tutulan müsabiqəyə 49 fərqli ölkədən 68 layihə nümunəsi təqdim olunmuşdu. Bütün layihələrin içərisindən memar Rentso Piano və Riçard Rocersin layihələri bəyənildi.

Muzeyin görünüşü elə ilk andan bizi təəccübləndirdi. 40 min kvadrat metrlik bir ərazinin hər bir hissəsinin əlverişli istifadəsi üçün  bütün texniki konstruksiyaları binanın xaricində istifadə edərək, memar böyük ustalıqla bunu incəsənətə çevirməyi bacarıb: armatur birləşmələri ağ, ventilasiya boruları göy, su boruları yaşıl,  eskalator və liftlər isə qırmızı rəngə boyayaraq memarlıq tarixində özünəməxsus görünüşü ilə seçilən tikili yaradıb. Hazırda mərkəz muzey, kitabxana, sərgi salonu, kinoteatr, kafe və butiklərdən ibarətdir. Həmçinin 6-cı mərtəbəsində çəhrayı plastik və metal hissələrdən ibarət müasir incəsənət üslubunda hazırlanmış möhtəşəm Paris mənzərəsinə açılan restoran da ziyarətçilərin diqqətini cəlb edir. Bayırda çiskinləyən havada restorandan şəhərə açılan mənzərə baxmaqla sanki bir anlıq bütün qayğılardan uzaq bir məkana düşdük.

Pompidu muzeyini ziyarətimiz zamanı Bələdçinin müşaəti ilə Fransanın 30 illik tarixində ilk dəfə alman rəssamı Anselm Kiferə həsr olunmuş sərgi ilə tanış olduq. Muzeydə Anselm Kiferin sərgisi 12 zalda, 60-cı illərdən günümüzə kimi yaratdığı rəsm və instalyasiyalar sərgilənirdi. Fərqli işləmə texnikası və üslubu ilə Anselm Kiferin yaradıcılığı hər birimizin diqqətini çəkdi.

Sərgidə rəssamın “Varus”(1976),“Margaret”(1981),“Sulamif” (1983) kimi tanınmış əsərləri ilə yanaşı təxminən 500-ə yaxın digər əsərləri də təqdim olunurdu.  Onu da qeyd edim ki, Pompedu mərkəzinin girişində muzeyə gələn ziyarətçiləri Anselm Kiferə məxsus böyük instalyasiya qarşılayır. İnstalyasiyanın daxilində rəssamın şəxsi əşyaları ilə yanaşı çoxsaylı fotoları ilə də tanış olduq.  Fotolarda rəssamın ağır və zəhmətli yaradıcılıq yolundan şəkillər nümayiş olunurdu.

Pompidu muzeyini də ziyarət etdikdən sonra yollandığımız növbəti məkan Grand Palais mərkəzində “müasir incəsənət əsərlərini geniş miqyasda dünyaya tanıtmaq” şüarı ilə çıxış edən Art Paris Art Fair Paris İncəsənət yarmarkası oldu. Sərgi 2016-cı il martın 31-dən aprelin 3-nə qədər 20 müxtəlif ölkədən 143 qalereyanı bir araya toplayaraq önəmli lahiyəni həyata keçirdi. Eləcə də, sərgidə ilk dəfə olaraq Azərbaycan, Kolumbiya və İran da iştirak edirdi. Həmyerlilərimizin də bu sərgidə iştirak etməsi bizi olduqca qürurlandırırdı. Azərbaycandan uzaqlarda İncəsənətimizin yüksək şəkildə təbliğ edilməsi bizdə fərəh hissi oyatdı.
 

16

17

18

19
 

Sərgidə  Azərbaycandan “YAY Gallery”-nin  3 rəssamı: Aida Mahmudova, Reza Hazare və Almagül Menlibayevanın əsərləri nümayiş olunurdu. Art Paris Art Fair sərgisində Aida Mahmudovanın “10 a.m.”, “24 saat”, “Günortadan beşə kimi”, “Axşama doğru”, “Qırmızı- narıncı yaşıl mavi ” əsərləri ziyarətçilər tərəfindən xüsusi diqqət və maraqla qarşılandı. Bundan başqa, gecələr “Grand Palais”-ın fasadında həmyerlilərimizdən ibarət Hypnitica art kollektivinin musiqili işıq instalyasiyası təqdim olunurdu.  Qürurlu və müsbət hisslərlə sərgi yarmarkasından ayrılaraq növbəti məkana doğru üz tutduq.

Yollandığımız son məkan “Dünya Sərgisi” üçün inşa edilmiş Palais de Tokyo muzeyi oldu. Betondan, qalın, sərt görünüşlü sadə memarlıq nümunəsi “Salon”, “Pavilion”, “Auditoriya” adlı 3 müxtəlif zaldan ibarətdir. Palais de Tokyo-nun 1-ci mərtəbəsində müvəqqəti və daimi incəsənət əsərləri sərgilənir. Muzeyin binası böyük olduğundan iki hissəyə ayrılır: sarayın qərb hissəsində Müasir incəsənət mərkəzi, şərq hissədə Parisin Müasir incəsənət Muzeyi yerləşir.
 

28

22

23

20

21

24

25

24

25

26
 

16 fevral-19 may tarixlərində Palais de Tokyo-da 10 rəssamın, heykəltaraşlıq və qrafitti rəssamlarının əsərlərindən ibarət sərgi keçirildi. Parisdə daha bir həmyerlimizlə qarşılaşdıq. Sərgidə ilk dəfə Azərbaycan Fransada yaşayan rəssam və şair Babi Bədəlovun əsərləri ilə təmsil olunurdu. Dünyanın bir çox ölkələrini gəzmiş rəssamın Palais de Tokyo mərkəzində keçirilən sərgisində vizual poeziyanın köməyi ilə yaratdığı art-obyektlər, instalyasiyalar nümayiş olunurdu. Rəssam müxtəlif mədəniyyət və dillərə məxsus sözlər üzərində eksperimentlər edir, əsərlərində sözlərdəki səsi və ya ifadə fərqini göstərən fikirlər irəli sürür. Babi Bədəlovun fərqli şəxsiyyəti qədər, maraqlı yaradıcılığı bizim kimi xarici ziyarətçilərin də marağına səbəb olmuşdu.
 

27

26

22

20

21

23
 
 
Zəngin təəssürat dolu “Səyahət İncəsənəti” proqramı çərçivəsində gəzintilərimiz bununla sona çatdı. Hər bir müasir incəsənət muzeyi və sərgi qalereyaları və müasir incəsənətlə bağlı mühazirələr bu sahədə olan biliklərimizi daha da zənginləşdirdi. Yorğun olmağımıza baxmayaraq Azərbaycan Respublikasının milli hava daşıyıcısı, Avropa, MDB, Şimali Amerika, Yaxın Şərq və Asiyaya uçuşlar təşkil edən Azərbaycan Hava Yolları-nın vasitəsilə komfort şəraitində dincələrək, lüks biznes salonunda Paris səfərimizə əlvida dedik.

Hazırladı/ Foto: Lalə Mirzəyeva

 

 

 

 

Şərhlər

Menyu