“Səyahət Sənəti”. Müasir incəsənət sorağında Paris səfəri. (BİRİNCİ GÜN)

13
 
 
“Zuleykha” jurnalı daha öncə oxucularına tərəfdaşları Fairmont Baku, YARAT Müasir İncəsənət Mərkəzi nəznində “Friends of Yarat” platforması və Azərbaycan Hava Yolları-nın təşəbbüsü ilə ərsəyə gələn “Səyahət İncəsənəti” adlı online layihənin ilk səfəri – Paris gəzintisi haqda yazmağı vəd etmişdi. Adi press-turlardan fərqli olaraq, bu layihədə hər bir iştirakçının səyahət zamanı fərqli mövzular seçərək  onun barədə bəhs etməsi düşünülmüşdü. İştirakçıların fotokameranın obyektivindən səyahət, yeməklər, otelin arxitekturası və interyeri ilə yanaşı, ən əsası incəsənət proqramı çərçivəsində xüsusi bələdçiliklə muzey və qalereyalara səfər edəcək, rəssamlarla olan görüşlərdə müasir incəsənət barəsində ətraflı müzakirələr aparılması nəzərdə tutulmuşdu. “Zuleykha” jurnalı təşəbbüsün media partnyoru olaraq bu səyahət zamanı yaşananları fotolarda və ətarfları şərhləri ilə açıqlayır.

Səfər iştirakçıların Azərbaycan Hava Yolları-nın lüks biznes salonunda, təhlükəsiz təyyarələrinin qanadlarında incəsənət paytaxlarından olan Parisə enməklə başladı. Sevgi şəhərinin ən qədim və elit otellərindən hesab edilən, hazırda Raffles otellər şəbəkəsinə aid olan Le Royal Monceau-nun əməkdaşları girişdə qonaqları artıq gözləyirdi. Güzgülü divarlar, girişdə havadan asılmış təbii güllərdən ibarət gül instalyasiyası internetdə otel haqda oxunanlara canlı sübut idi. Qrafiki gözdən keçirdikdən dərhal sonra isə səfərin ən maraqlı hissəsi- muzeylərə gəzinti başlandı.
 
 
18

19
 
 
Çatdığımız ilk ünvan “Galerie Chantal Crousel” galereyası oldu ki, burada ilk dəfə Oskar Tuasonla və onun “Sığınacaq” adlı sərgisi ilə tanış olduq.

Bunker konsepti ətrafında insana həm sıxıcı, eləcə də etibar edəcəyi abu-havanı çatdırmağa çalışan sənətçi metal və şüşədən instalyasiyalar, həmçinin fotolarla yadda qaldı. O “Qirayət fiziki məşğuliyyətdir. Mən oxu üçün məkan yaratmaq istəyirəm. Sözlər üçün məkan, oxumaq üçün yer.”  deyərək fikrini çatdırır.
 
 

9

1

2

3

4

5

6

7

8

10
 
 

Sıx qrafikdə ard- ardınca getdiyimiz növbəti “Marian Goodman” galereyasında Avropanın ilk minimalist rəssamlarından olan  Nil Toroninin iri beton döşəməli ağ boşluqda xallı tablolarına baxıb hipnozlanmamaq mümkünsüz idi. Nil hesab edir ki, o çəkdiyi rəsmlərdə hər hansı ideyanı vizuallaşdırmır, sadəcə fırçanın vasitəsilə arasında 30 sm məsafə olan naxışlar atır və yaranmış mənzərə özü yeni ideya generatoruna çevrilir.

Dəfələrlə mükafatlara layiq görülmüş və solo sərgiləri keçirilən 60-cı illərin layiqli rəssamı Nilin tabloları hazırda Berlinin “Hamburger Bahnhof Museum für Gegenwart”, Turində “Castello di Rivoli”, Almaniyada “Museum Ludwig”, eləcə də Liyonda “Musée des Beaux-arts”- da nümayiş olunur.
 
 

11

12

l
 
 

Qarışmış hisslər və ondan aldığımız həyəcanın hərarətindən bir abu-havadan digərinə köklənərək hamımız səbirsizliklə Luvrdakı deleqasiyamız üçün özəl hazırlanmış müasir incəsənət turunu gözləyirdik. Xüsusən də, turun muzeyin Müasir İncəsənət şöbəsinin rəhbəri Martan Kifer tərəfindən olacağını bildiyimiz halda öncədən bizi təəccübləndirən sirli sənət əsərlərini görəcəyimizi ehtimal etmişdik.

Luvru dəfələrlə ziyarət edənlər belə etiraf edər ki, muzeyin massiv ölçüsü və zənginliyi sayəsində buraya gələnlər hər zaman möhtəşəm tapıntılarla müşayət olunur. Divarlar və tavanda xırda və iri detallar xüsusi harmoniya ilə düzüldüyü üçün buradakı uzun gəzintilərin yorucu olması mümkünsüzdür. Beləliklə, Luvra müasir incəsənətin ən az gözlənilən zallarda yerləşdirilməsi və ilk baxışdan daha qədim əsərlərlə harmoniya yaradaraq digərlərindən seçilməməsi bu turun muzeydə daha öncə olanlar üçün təəccüblü anlar yaşatdı, muzeyə fərqli bucaq altında nəzər salmağa təkan verirdi.

Müzakirə olunan əsas əsərlər arasında sirli Luvr tavanlarını bəzəyən Jorj Brakın “Quşlar” -ı,  növbəti zaldakı Say Tomblinin sonsuzluğa uzanan mavi “Tavan”-ı gözlənilməz təəssürat yaşatdı. Nəhayət baxdıqca təsirli hisslərə qapıldığın Anselm Kiferin muzeydə sərgilənən 3 əsərini ziyarət etməmək olmazdı.  Divar boyu tavana doğru uzananAthanor” adlı metal instalyasiyasında “ölmüş deyil, digər dünyaya köçmüş insan” anlamına gələn ulduzlu gecədə yerə uzanmış insanın təsviri düşündürürdü.  Ölümün ölümsüzlüyə aparan yolunu canlandırmağa çalışan rəssam ideyasını fərqli metallar – qurğuşun, qızıl və gümüş istifadə edərək ərsəyə gətirmişdir. Onun haqda daha ətraflı növbəti gün getdiyimiz Pompidu mərkəzində tanış olduq. Sonda Luvr gəzintisi onu digərlərindən fərqləndirib daha qiymətli edən sirli “Cakonda”– nı ziyarət etməklə tamamlandı.
 
 

14

15

16

17
 
 

Növbəti plan otelə gəlib dincəlib, elə buradaca yerləşən restoranında axşam ziyafətinə hazırlaşmaq idi. Şıq komfortu sevənlər üçün qalmağa dəyər məkan 5 ulduzlu Le Royal Monceau, Raffles Paris saray-oteli dünyanın müxtəlif məxtbəxlərini bir arada toplayaraq fərqli mədəniyyətlərə məxsus yeməklər təqdim edir.

Matsuhisa Paris dünyaca tanınmış aşpaz Nobu Matsuxisa Le Royal Monceau, Raffles Paris ilə əməkdaşlıq edərək Parisdə ilk “Matsuhisa” restoranının əsasını qoyub. Bu ilin mart ayından fəaliyyətə başlayan restoranı ilk ziyarət edənlərdən biri olmaq səfərin iştirakçıları üçün həqiqi zövqlü anlar yaşatdı. Baş aşpaz Xideki Endonun rəhbərliyi ilə restoranda zəngin yapon yeməkləri müasir təqdimatda masalara düzülür. Həmən gecə ard-ardınca çeşidli və orijinal menyudan ibarət peru-yapon mətbəxi, Nobu brendinin geniş seçimli əfsanəvi yeməkləri bakılı qonaqlara uzun müddət unudulmayacaq süfrə təcrübəsi yaşatdı.

Restorana daxil olduğunuz andan xüsusi salamlama ilə qonaqlarını qarşılayan restoran elə ilk andan müştəriyə fərqli münasibəti ilə maraq doğururdu. Yeməkləri ekzotik içkilərlə tamamlayan restoran Nobu mətbəxinə səyahəti unudulmaz anlara çevirir.

Təəssürat və həyəcan dolu ilk Paris gününü tamamlayıb sakit yuxuya hazırlaşmaq üçün paytaxtın axşam gəzintisinə çıxarkən Azərbaycanı təmsil edən Hypnotica adlı yerli art kollektivin Grand Palais mərkəzinin binası üzərində nümayiş etdirdikləri musiqili işıq instalyasiyası qəriblikdə olsaq da, həmyerlilərimizin ətrafımızda olduğunu hiss etdirərək bizə fəxrli anlar yaşatdı..
 
Ardı var..

Hazırladı/ Foto: Lalə Mirzəyeva
 
 
6

3

2

4

5

10

7

8

9

11

34

 

 

 

Şərhlər

Menyu