Kiçik möcüzə: Sobada pendirli göbələk

gobelek ilk
 

Baharın gəlişi ilə daha çox tərəvəzlərdən hazırlanan yeməklərə üstünlük verməyə başlayırıq. Göbələkdən hazırlanan yeməkləri isə bir çoxlarımız sevirik. Odur ki, tərəvəz və göbələkdən hazırlanan, bir çoxlarınızın sevəcəyi “Sobada göbələk” reseptini təqdim edirik. Çox asan və rahat hazırlanan bu reseptdə tərəvəz məhsulları üstünlük təşkil etdiyindən hazırlayacağınız yemək həm xeyirli, həm də sağlamlığınız üçün faydalı olacaqdır.
 

Lazım olan ərzaqlar:

-300 qr toyuq döş əti
-250 qr şampinyon göbələyi
-2 ədəd yaşıl bibər
-1 ədəd soğan
-3 ədəd pomidor
-2 ədəd kartof
-1 xörək qaşığı tomat pastası
-duz
-istiot
-bitki yağı
-200 qr holland pendiri
 

Hazırlanması:

İlk olaraq soğanı xırda doğrayıb bitki yağında qızartmağa başlayırıq. Qızarmış soğanın üzərinə kub şəklində doğranmış toyuq ətini əlavə edirik.  Qalan tərəvəzləri- göbələk, bibər, kartofu tavada bişməkdə olan toyuğun üzərinə əlavə edirk.  Tərəvəzlər bişənə yaxın pomidorun qabığını soyaraq xırda-xırda doğrayıb tərəvəzlərin qızardığı tavaya tökürük.

Hazırladığımız yeməyi daha ləziz etmək üçün  1 qaşıq tamatı  1 stəkan suda qarışdırıb üzərinə duz, istiot  vurub tərəzlərin üzərinə əlavə edirik, tərəvəzlər yumşalana qədər bişiririk. Qızardılmış tərəvəzləri  soba üçün hazırlanmış özəl qablara doldurub üzərinə sürtgəcdən keçirilmiş pendir əlavə edib pendir əriyənə qədər  190-dərəcədə bişiririk.

​Nuş olsun!
 

Hazırladı/ Foto: Mujgan Həsənli
 
 

gobelek 1 copy

gobelek 2 copy

gobelek 3 copy

gobelek 4 copy

gobelek 5 copy

gobelek 6 copy

gobelek qapak sekli
 
 

Şərhlər

Menyu