“Səyahət Sənəti”. YARAT və Fairmont ONLİNE rejimdə səyahət imkanı təqdim edir.

l10
 

Bakı şəhərinin ən yüksək nöqtələrinin birində müasir dövrün ən qeyri-adi və heyranedici komplekslərindən biri odlar yurdunun simvolunu daşıyan Fairmont Baku oteli, və ya şəhər sakinləri arasında “Alov Qüllələri” kimi tanınan mükəmməl panoraması multifunksional kompleks və yaradıcı insanların toplandığı ünvan YARAT Müasir İncəsənət Mərkəzi səyahət sevərlərə möhtəşəm ideya təşəbbüs etmişdir.

Tezliklə adı çəkilən tərəfdaşlar “Səyahət Sənəti” layihəsi çərçivəsində onlayn rejimdə maraqlı səyahət etmək imkanı təqdim edəcəkdir. Layihədə YARAT təşkilatı “Friends of YARAT” üzvlük platforması çərçivəsində özünün eksklüziv “Art Travel” adlı incəsənətlə səyahət programını təqdim edəcəkdir.

Layihə iştirakçıları Azərbaycan Hava Yollarının birbaşa reysi ilə dünyanın ən gözəl şəhərlərindən biri sayılan Parisə səyahət edəcək və səyahət boyunca öz unikal tarixi və arxitekturası ilə seçilən binada yerləşən Le Royal Monceau, Raffles Paris lüks otelində qalacaqlar. Fairmont Baku oteli və Le Royal Monceau, Raffles Paris oteli Fairmont, Raffles və Swissotel kimi otel brendlərini özündə birləşdirən FRHI otellər şəbəkəsinə daxildir.
 

ll7
 

Layihənin konsepsiyası çox maraqlıdır – adi press-turlardan fərqli olaraq, bu layihədə hər bir iştirakçı bir mövzu seçəcək və səyahət zamanı bu mövzudan bəhs edəcəkdir. Otelin qonaqları və əməkdaşları, fotokameranın obyektivindən səyahət, yeməklər, otelin arxitekturası və interyeri ilə yanaşı eyni zamanda incəsənət proqramı çərçivəsində xüsusi bələdçiliklə muzeylər, qalereyalar səfər edəcək, rəssamlarla olan görüşlərdə müasir incəsənət barəsində ətraflı müzakirələrə qoşula biləcəklər.

Layihənin iştirakçıları ölkənin aparıcı KİV nümayəndələri və tanınmış bloqerlər olacaqdır. Səyahət iştirakçılarının paylaşdıqları bütün postlar və yeniliklər ölkənin tanınmış xəbər portallarında yayımlanacaqdır.

“Zuleykha” jurnalı öz növbəsində adı gedən proqramın media nümayəndəsi olaraq oxucularına bu online gəzintilər haqda davamlı olaraq paylaşımlar edəcəkdir. Elə isə, yaxında ilk səfər haqda yenilikləri jurnalda izləyin.
 
 

Hazırladı: Mənsurə Məmmədəliyeva

 

ll1

ll3

ll4

OLYMPUS DIGITAL CAMERA

ll5

 

Şərhlər

Menyu