Baharı evinizə gətirin! Həyat dolu yaz interyeri.

Bahar yalnız təbiətin yenilənməsi, canlanması deyil. Hər il yazda daxilimizdə belə gedən canlanma bizi yeni ideyalara, cəsarətli və çılğın  addımlara həvəsləndirir. Bu əhvalımız bizi nəyinki həyatımızda yeniliklər etməyimizi, həm də ətrafımızda, interyerimizdə  dəyişikliklər etməyimizi istəyir. Ev hər birimiz üçün isti ocaqdır. Odur ki, onu qışın soyuq notlarından azad edib, baharın əlvan və şux rəngləri ilə bəzəməyin tam vaxtıdır.

Baharı evinizə gətirməyin təsəvvürünüzə gətirməyəcəyiniz sayda yolu var. bir neçəsini paylaşmaq istəyirik. Yazı ən doğru əks etdirən təbii ki, çiçəklənən ağaclardır. Bu səbəbdən eviniz təbii yaşıllığa bürüməklə ona nəinki, görünüşcə canlılıq vermiş olacaqsınız, təbiət ətri sizi gözəl bahar ətri ilə əhatə etmiş olacaq. Yeri gəlmişkən, yeməklərdə istifadə edə biləcəyiniz ədviyyatları təbii şəkildə istifadəniz üçün onları xüsusi dibçəklərdə əkməklə ailənizin ən əyləncəli anlarını keçirdiyiniz otağı- mətbəx dekorunu almış olacaqsınız.

Əlbətdə ki, evin digər əsas dekoru onun pərdələridir. Fəsil dəyişikliyi ilə əlaqədar olaraq qalın pərdələri daha əlvan və nazik materiallardan və ya rəngli printlərlə olanlarla əvəz etməkdən çəkinməyin.

Digər bahar əhvalında olan dekor əşyaları müxtəlif rəngli yastıqlarla, tablolar və ya çərçivələr, rəngli stol və stul dəstləri ilə tamamlaya bilərsiniz. Əksinə, mebeli daha sakit tonlarda olan otaqlarda gül-çiçək motivləri olan xalça və palazlar evinizə əsl bahar-abu havası qatacaq.
 

Hazırladı: Mənsurə Məmmədəliyeva
 

735ada9ace16242543f1ae395dc6a28d

0a2f78123f4166231bd950be994b1fe1 

517ac97cf57f23314102d0aec8c56fc6

f16f2915d4bfbeb16f5d8f2013f314d8

y23

y3

y5

y9

y7

y8

y11

y12

y13

y15

y16

y17

y19

y28

y20

y21

y25

 

 

Şərhlər

Menyu