M.A.C. -ın Ariana Qrande ilə kolaborasiyası yeni kolleksiya ilə nəticələndi

Copyright by PerfettoME.RU
 

Zəngin rəng palitrası ilə makiyaj sevərlərin əvəzedilməz peşəkar və dekorativ kosmetika brendi M.A.C.  Viva Glam adlı bu ilin yaz kolleksiyasını təqdim edib. Hər kolleksiyasında məşhurlarla əməkdaşlıq edən brendin yeni siması məşhur pop müğənni Ariana Qrande oldu.

Viva Glam  kolleksiyasına Ariana tərəfindən təklif olunan tünd rəngli mat dodaq boyası və dodaqlara işıltı bəxş edən açıq rəngli parıltıcı daxildir. Xeyriyyə məqsədi ilə yaradılan kolleksiyanın gəliri QİÇS infeksiyasından əziyyət çəkən insanlara dəstək üçün sərf olunacaq.

Bundan başqa brend yeni klassik teksturalı, dolğun rəng palitrası ilə seçilən parıltılı M.A.C. Retro Matte dodaq parıltıcısılarını təqdim etdi. Palitraya bir-birindən fərqli 15 rəng- nud bej, qırmızı-narıncı, çəhrayı- giləmeyvə  daxil olan kolleksiya hədsiz qalıcı effekti ilə uzun müddət dodaqları daha dolğun göstərəcək.
 
 
Hazırladı: Nazlım Veyisova 
 
 

Mac 031

Macc 01

Mac 02s

Copyright by PerfettoME.RU

Copyright by PerfettoME.RU

Copyright by PerfettoME.RU
 
 

Şərhlər

Menyu