Jean Paul Gaultier kolleksiyasını “La Palace” gecə klubuna həsr etdi

Jean Paul Gaultier brendi Yaz-Yay 2016  kütür kolleksiyası ilə öz adətinə sadiq qalaraq tamaşaçıları heyrətə salacaq bir şou xarakterli yeni kolleksiyasını təqdim etdi.  Kolleksiya Fransada 20-80 ci illərin ən məhşur gecə klublarından biri sayılan “La Palace “-ə həsr olunmuşdu.

Kolleksiyaya pijamanı xatırladan enli zolaqlı kostyumlar, dərin kəsimli ətəklər və donlar, “oversize” pençəklər, kimono donlar daxil idi. Bir tərəfdən tünd bənövşəyi, şərab qırmızısı, qara rəngdə olan geyimlər gecə eleqantlığını özündə cəmləşdirsə də, digər bir tərəfdən bir sıra parlaq, işıltılı geyimlər disko topunu xatırladırdı. Bu isə şouya əsl gecə klubu havası qatırdı.

Səhnə quruluşu olduqca orijinal şəkildə tərtib edilmişdi. Punk abu-havası verən saç düzümü və makiyaj geyimləri obrazlara müasir görünüş bəxş edirdi. Şou xarakterli nümayiş dizayner Jan Pol Qotyenin modellərinin əhatəsində rəqsi ilə tamamlandı.
 
 
Hazırladı: Ülviyə Novruzova
 
 
01

02

03

04

09

10

17

33

26

29

28

Şərhlər

Menyu