Apuliya əyaləti. İtaliyanı Cənubundan kəşf edin.

Tez-tez dünya səyahət turları edən bloqer və həvəskarlar bu gün etiraf edir ki, İtaliyanın əsl ruhunu kəşf etmək üçün onu Şimaldan- Roma və Milandan deyil, hələ də öz adət-ənənə koloritini qoruyub saxlayan Cənub vilayətlərindən başlamaq lazımdır. Cazibəli dili, ehtiraslı insanları, Avropada ən ləzzətli mətbəxi ilə tanınan İtaliyanı onun günəşli əyaləti Apuliyadan tanımağa nə deyirsiniz?

Azərbaycan üzrə Apuliya əyaləyinin ən görməli yerlərini əhatə edən tur axtarışında olanlar üçün şad xəbər budur ki, artıq bu bölgənin əsas şəhərlərinə istirahət turu təşkil edəcək köməkçiniz var. “Turizm.Az” şirkəti bu işdə sizə ən yaxın məsləhətçiniz olaraq Cənubi İtaliya ərazisində fəsildən asılı olaraq əlverişli turu sizə uyğunlaşdıra biləcək. Turunuzun daha əyləncəli keçməsi üçün şirkətin təcrübəli tur operatorları sayəsində əlverişli qiymət və marşrutu müəyyən edə biləcəksiniz.

Şərqdən Qərbə, Cənubdan Şimala dünyanın 284 nöqtəsinə uçuşlar edib, uçuş şəbəkəsinə görə hava yolları siyahısında 4-cü yer tutan Türk Hava Yolları bu gün istənilən səyahətin təhlükəsiz və komfortlu uçuşunu təmin edir. Türkiyənin bayraq daşıyıcısı olan şirkət, eləcə də, Azərbaycanda uzun illər qüsursuz fəaliyyəti ilə səyahət edən milyonlarla insanın etibarını qazanmışdır.

İtaliyanın Cənub hissəsinə səyahət edərkən Türk Hava Yollarının komfortlu təyyaraləri və mükəmməl müştəri xidmətləri sayəsində İstanbuldan kiçik fasilə edərək asanlıqla çatmaq mümkündür. Adı çəkilən marşrut üçün səhər saatlarında səyahət edib mənzil başına erkən çatmaq arzusunda olanlar bu fürsəti istifadə etməlidirlər. Bundan başqa qeyd etmək lazımdır ki, gün ərzində fərqli saatlarda seçilmək imkanı olan uçuş saatları İstanbulda bir və ya bir neçə gün vaxt keçirmək istəyənlər üçün də əlverişli uçuş saatları təklif edir.

İstanbulun Atatürk Hava Limanında qisa aradan sonra digər təyyarə ilə birbaşa Bariyə uçmaqla Apuliya əyalətinə təklif etdiyimiz səyahət marşrutu ilə başlayacaq. Şəhər mərkəzindən 8 km uzaqlıqda yerləşən Bari Paleze aeroportundan otelinizə təqribən 15-20 deqiqeye çatacaqsınız.
 

bari 01
 

Deyirlər, Parisdə dəniz olsaydı, o kiçik Bari olardı.  Avropa şəhərləri arasında Orta əsrlərə aid Bari Apuliyanın paytaxtı hesab edilir. Eləcə də, Bari heyranedici dəniz mənzərəsi ilə sahil çimərliklərini sevən turistlərə çox yaxşı tanışdır. Liman şəhəri Baridə Roma memarlığının bariz nümunələri olan müqəddəs kilsələr və abidələrə tez-tez rast gəlmək mümkün olduğu üçün o miniatür  mədəniyyət mərkəzi hesab edilir.

İtaliyada “çəkmənin daban şəhərləri” kimi tanınan hissəsinin əksərində olduğu kimi burada da mətbəx əsasən dəniz məhsulları ilə hazırlanır. Şəhərin özü isə köhnə və yeni Bari kimi tanınan 2 hissəyə bölünür. Köhnə Bari inanılmaz da olsa, eramızdan öncə belə balıqçılıq şəhəri kimi şöhrət tapmışdır. Şəhərin qədim hissəsi köhnə abidələrinə görə tanınırsa, yeni Bari sonradan salınmış hamar yolları və parkları hesabına şəhərin mədəni mərkəzi hesab edilir.
 

bari1
 

Cənub hissədə səyahəti davam etdirən kəslər mütləq şəkildə növbəti dayancaq, Cənubun ən təsirli şəhəri Materada olmalıdırlar. Apuliyada olmasa da, “Mənim Vətənim” adlanan Cənubi İtaliyanın Bazilikata bölgəsində yerləşən Matera elə ilk baxışdan inanılmaz qədimilik təəssüratı bağışlayır. Dağ və qayalıqlar arasında yerləşən şəhərdə xarici görkəminə görə sıradan adi mənzillərə bənzəyən kiçik evlər isə içəridən köhnə mağaralardır. Bu qədim məkanın qorunub gələcək nəsillərə ötürülməsi üçün əsrlərdir burada məskən salmış şəhər əhalisi İtaliyanın digər hissəsinə köçürdülür. 2019-cu ildə Avropanın Mədəniyyət Mərkəzi olmağa iddalı şəhər artıq UNESCO-nun Mədəni irsi siyahısına salınmışdır.

Şəhəri məxsusi edən digər cəhətlərdən biri də Mel Qipsonun “İsanın ehtirasları” filmində İsanın çarmıxa çəkilən səhnələrinin burada çəkilməsidir.
 

m6

m1

m7
 

Şəhərdə yerləşən 5 ulduzlu “Palazzo Gattini” oteli əslində XVII əsrdə tikilən tarixi qəsrdir. Günümüzdə otel kimi fəaliyyət göstərən tikili, tarixi memarlığı, interyeri ilə diqqət çəkir. Nahaq deyil ki, onun tikilməsinə nə az, nə çox 10 il sərf olunmuşdur. 

20 otaqdan ibarət butik otel festival və elit tədbirlərə gələn qonaqların seçdiyi məkan olmaqla yanaşı, həm də ən yuxarı mərtəbəsində şəhərə açılan inanılmaz görüntüsünə görə qəlbləri fəth edə bilmişdir.
 

p2

01
 

Apuliya əyalətində yerləşən Sellino San Marko şəhəri isə daha çox 70-ci illərdə məşhur olan italyan müğənnisi Al-Banonun adı ilə, daha dəqiq desək, onun sahiblik etdiyi “Tenute Albano Carrisi” adlı istirahət mərkəzinə görə tanınır. Mərkəz İonik və Adriatik dənizləri arasında, sakit bir ərazidə yerləşir. Şəhərdən kənarda yerləşən istirahət mərkəzinə qədim təbiəti, bitki və heyvanlar aləmi ilə zəngin iri meşə də məxsusdur. Bu da buraya gələn turistlərin istirahət zamanı özlərini əsl təbiət qoynunda, sakit və təmiz havanın qoynunda dincəlmələrinə səbəb olur.
 

al1
 

“Apuliyanın Florensiyası” adlanan Leççe şəhəri barok dövrünə məxsus tarixi tikililəri, memarlıq abidələri, heykəl və sarayları ilə dünyada tanınır. Tarixi özəllikləri ilə seçilən Leççe gecələr isə müasir şəhər həyatından geri qalmır. Gün batandan sonra şəhər sakinləri kafe, restaran və meydanlara axışaraq gəzir, əylənirlər.
 

le1

le2

le88

le89

le90E
 

İtalyanın tam dabanına gəlib çatmaq istəyənlər Apuliyanın cənub hissəsi Salento əyalətini görməlidir. Elə qeyd olunduğu kimi bu şəhər “İtaliyan çəkməsinin dabanı” adını qazanmışdır. Hər tərəfdən su ilə əhatə olunan kiçik yarımada təbii ki, əsasən istirahət mərkəzlərindən ibarətdir. Dalğalanan mavi sahilləri hər il buraya milyonlarla turisti cəlb etməkdə davam edir.

Gəzməli və görməli yerləri saysız-hesabsız olan Leççe şəhəri əsl incəsənət sevərlərin şəhəridir. Hər addımbaşı bir memarlıq abidəsi, incəsənət əsəri ilə şəhər turistlərini heyrətləndirir. Duomo meydanı, San Sebastiyan kilsəsi, Sant-İrene-dei-teatrini kilsəsi şəhərin gözəl güşələrindən sadəcə bir neçəsidir. İnteryeri olduqca zəngin və dəbdəbəli olan memarlıq abidəsi ilkin vəziyyətini qoruyaraq günümüzə çatmışdır.

Apuliyada yerləşən İtaliyanın daha çox istirahət mərkəzi hesab olunan Akaya göz oxşayan təbiəti və dəniz mənzərəsi ilə izləyənləri heyrətləndirir. Akayada yerləşən lüks otellər arasında özünə ad qazanmış “Doubletree by Hilton Acaya” səfalı təbiəti ilə turistləri tam fərqli məkana dəvət edir. Eleqant məkanda lüks nömrələri ilə birgə, qolf sevərlər üçün ayrıca ərazi ayrılması bu otelin digərləri arasında seçilməsinə daha bir cəhətdir.
 

i6

i1

i4
 

İtaliyan çəkməsinin lap dabanında yerləşən liman şəhəri Otranto sıldırım qayalarla əhatə olunmuş mavi çimərlikləri ilə yerli sakinləri və turistləri özünə cəlb etməyə bilməz. Turistlərin ən çox ziyatər etdiyi, mənzərəsi ilə göz oxşayan Porto Badisko çimərliyi dənizi və üzməyi sevənlər üçün ən yerinə düşən seçimdir. Şəhərdə yerləşən XII əsrə aid ən qədim tikili, köhnə mozaik daşlarla bəzədilmiş massiv kilsədir.
 

o3
 

“İtaliyanın ən gözəl kiçik şəhərlər” sıyahısına daxil olan“bəyaz şəhər” Spesiya haqqında ilk məlumat IX əsrə aiddir. Dar küçələri, ağ daşdan hörülmüş evləri, orta əsr labirintini xatırladan memarlığı ilə turistlərin diqqətini çəkən şəhərin tam fərqli abu-havası diqqət çəkir.  Şirin ətirli qoxsu və şəhərdə sehirli musiqi səsələri turistləri orta əsrlərə səyahətə aparır.

Leççedə yaxınlığında yerləşən digər şəhərlərdən biri də, Preziççedir. Şəhər tarixi  memarlığı  və müasir dizaynı ilə harmoniya yaradaraq istirahət üçün fərqli məkanlardan biridir. Bu kiçik şəhərdə gəzdikcən qədim arxitekturada diqqət çəkən xırda detallar o qədər zövqlə calanmışdır ki, əyləncəli də olmasa şəhərin sirli nəfəsi buraya yenidən gəlməyə səsləyir.
 

sp1

800px-Chiesa_madre_di_sant'Andrea_Presicce
 

Apuliyadakı digər kiçik şəhər Ruffano çox isti abu-havası ilə buraya gələnlərə özünü sevdirərək, sanki onları dərhal qoynuna alır. Dar küçələri gəzdikcən evlərdən gələn Cənubi İtaliya ləhcəsində söhbətlər, dadlı yemək ətirləri məhz məkanın haraya məxsus olduğunu bir daha sübut edir. Eləcə də qeyd edək ki, yelri əhalisi çox olmayan şəhərdə hər büdcəyə uyğun sərfəli otel təklifləri də tapmaq mümkündür. Bu tip Avropa şəhərlərində bol əyləncə olmasa da, burada sakit gəzinti sizi qaynayan şəhər izdihamındna uzaqlara aparıb əsl istirahəti duymağa götürəcək.
 

Otranto

Şərhlər

Menyu