Xırçıldayan bezeli almalı piroq

web0original_H1A4197 copy copy
 

Evdar xanımlar etiraf edər ki, mətbəxin qızıl qaydalarından biri də təbii məhsullarla hazırlanan yeməklərdir. Fəsildən asılı olmayaraq insan orqanizmi daim vitaminlərlə zənginləşməyi tələb edir. Xüsusən analar almanın tərkibindəki dəmirin sayəsində  bu məhsulla hazırlanan yeməklər, şirələr və təbii ki, şirniyyatlar hazırlamağı sevir.

Avropa mətbəxində desert olaraq ən çox təsadüf olunan piroqlardan olan alma piroqunun ləzzətinə biganə qalmaq qeyri-mümkündür. Ovulan xəmiri, dadlı içliyi və şirin bezesi bir-birini tamamlayan trio yaradaraq qəlbləri fəth edən şirniyyatlardandır. Hələ bir də evdə hazırlanarsa..
 

Lazım olan ərzaqlar:

Xəmir üçün:
-4 yumurta sarısı
-200 qr kərə yağı
-3/4 stəkan şəkər tozu
-3 xörək qaşığı xama
-1 xörək qaşığı sirkə + 1 çay qaşığı soda
-3 – 3.5 stəkan un
-5 qr vanil


İçlik üçün:
-5-6 ədəd alma
-3-4 xörək qaşığı şəkər tozu

Beze üçün:
-4 yumurta ağı
-1 stəkan şəkər tozu
-5 qr vanil
 

Hazırlanması:

4 ədəd yumurta sarısına şəkər tozu və vanil əlavə edib mikserlə ağarana qədər çalırıq. Yumşalmış kərə yağını, xama və sodanı sirkə ilə qarışdırıb hazırladığımız qarışıma əlavə edib yaxşıca qarışdırırıq. Alınan qarışımın üzərinə unu ələkdən keçirərək ələ yapışmayan xəmir hazırlayırıq.

Soba üçün qabı yağlayıb xəmiri yayırıq, kənarlarını bir qədər qaldırırıq. Almaları soyub təmizləyirik və nazik dilimlər şəklində doğrayıb xəmirin üzərindən düzürük. Üzərinə bir az şəkər tozu səpirik. 180 dərəcəli sobada 40-45 dəqiqə bişməyə qoyuruq.

Piroq bişən müddətdə kənarda üzəri üçün beze hazırlayırıq. Bunun üçün qalan 4 yumurta ağını 1 stəkan və vanillə qarışdırıb su hamamında şəkər tozu əriyənə qədər qarışdıraraq isidirik. Alınan məhlulu isti-isti mikserlə ağarıb beze halına düşənə qədər çalırıq. Məhlul tam bərkiməlidi, belə ki, qabı çevirdikdə tökülməyəcək dərəcədə bərk olmalıdır.

Sonra piroqu sobadan çıxardıb bezeni üzərinə çəkib yenidən sobaya qoyub, 120 dərəcədə 20 dəqiqə beze quruyana qədər yenidən bişiririk.

Tam soyuduqdan sonra, həmən o həyəcanlı an çatır.. Onu doğrayıb süfrəyə verə bilərsiniz.
Nuş olsun!
 

Hazırladı/ Foto: Mujgan Həsənli
 
 

alma piroqu 1 copy

alma piroqu 2 copy

alma piroqu 3 copy

alma piroqu 4 copy

alma piroqu 5 copy

alma piroqu 6 copy

alma piroqu 7 copy

alma piroqu 8 copy

web1 _H1A4207 copy

 

Şərhlər

Menyu