El adəti. “Xınayaxdı” mərasimi bu gün.

22
 

Hazırda şəhərimizdə yaz abu-havası, Novruz əhvalı yaşanılır. Ölkəmiz bu fəslin gəlişini Novruz bayramı ilə qeyd edir, nişanlı qızlara bayramlıqlar aparılır, toya hazırlaşan gəlinlər xınayaxdı mərasimlərinə hazırlıq görürlər.

Qədim adət-ənənlərdən biri olan “Xınayaxdı” mərasimi günümüzdə aktuallaşaraq müasir toy hazırlıqlarının bir hissəsinə çevrilmişdir. Milli alətlərimiz tar, kaman, dəfin fonunda keçirilən mərasimin özəlliyi də məhz ənənələrimiz üzərində qurulmasıdır. Bu ənənlərdən ruzi simvolu gəlinin başı üzərində çörəyin kəsilməsi, düyünün subay qızlara paylanması, ailənin ağbirçəyi tərəfindən xeyir-dua verilməsi böyük önəm kəsb edir.

Foto-layihənin çəkilişi yüzlərlə qurulan ailənin özəl gün – nişan, toy, xına və digər tədbirlərini təşkil edən, Bakının tam mərkəzində yerləşib Xəzər dənizinə açılan möhtəşəm mənzərəsi ilə qonaqlarının könlünü ovsunlayan HİLTON otelində baş tutması təsadüfi deyil. Tədbir işlərində böyük təcrübəyə sahib olan otel illərdir Bakıda fəaliyyəti zamanı qonaqlarına yerli adətlərimizə uyğun mərasimlər üçün qapılarını hər zaman açıq etmişdir. Otelin elə 2-ci mərtəbəsində 750 nəfərlik böyük konfrans zalı beynəlxalq və respublika əhəmiyyətli tədbirlərin keçirilməsi üçün nəzərdə tutulsa da,  zalda müxtəlif ziyafətlər, toy mərasimlərinin təşkil edilməsi də mümkündür.
 

3
 

Yeni fəaliyyətə başlamış MƏXMƏRİ XINA ART  milli dəyərlərimizə qiymət verən gəlinlərə unudulmuş adət-ənələrimizi milli və müasir şəkildə təşkil edərək xına mərasimlərini tədbirin səbəbkarı və qonaqlarına əsrarəngiz və yaddaqalan şəkildə yaşadacaq. Məkanın milli və Şərq üslubda bəzədilməsi, kəcavə və aksessuarların təşkili ilə yanaşı təşkilatçılar mərasimin daha əyləncəli və yaddaqalan olması üçün qadın kollektivindən ibarət musiqi qrupu, aparıcı, rəqqasə və peşəkar foroqraf xidmətləri ilə də ən özəl gününüzü  böyük məsuliyyətlə təşkil edərək onu yadda qalan edəcək. Məclisin daha milli tərtibatı üçün təmtəraqlı qablar və avadanlıq, gəlin və rəfiqələri üçün milli geyimlər, bəy kostyumları da təqdim edilir.

Yüksək moda evləri ilə daim əməkdaşlıq edən nüfuzlu əcnəbi brendlərdən olan ALDO COPPOLA lüks gözəllik mərkəzi qüsursuz keyfiyyəti və etibarlığı ilə seçilir. Brendin gözəllik fəlsəfəsində hər müştəriyə maksimal dərəcədə individual yanaşma və qadınsı təbii gözəlliyin önə çıxarılması prinsipi durur.  Lüks gözəllik salonunda peşəkar saç ustaları tərəfindən fərqli gözəllik prosedurları ilə yanaşı, bərpaedici prosedurlar vasitəsilə sağlamlığın və gözəlliyin qeydinə qalmaq mümkündür. Çəkilişdə salonun aparıcı saç ustalarından olan Fazilə Nəcəfova gəlin və rəfiqələrinə yaraşacaq saç düzümü və makiyajı ilə bəzədi.

Xına mərasimində xanımların səbirsizliklə gözlədiyi an xınanın gəlin və qonaqlara maraqlı ornamentlərlə çəkilmə mərasiminin başlamasıdır. Xına sənətinin vurğunu Nəzrin Nəsirova zərif və təkrarsız naxışları ilə layihəmizə öz töhvəsini verərək hər bir gənc xanımın əlini fərqli xına naxışı ilə bəzədi. Bu naxışlar qadın incəliyini vurğulamaqla yanaşı onu daha da cazibədar edir.

Kolleksiyaları saysız mükafatlara layiq görülmüş, yerli və xarici sərgilərdə nümayiş edilən modelyer-dizayner Gülnarə Xəlilovanın  rəhbərliyi ilə fəaliyyət göstərən Azərbaycan Milli Geyim Mərkəzinə aid milli geyimlər layihəyə xüsusi rəng qatdı. Azərbaycan modasının əvəzolunmaz simalarından biri, dəbin nəbzini tutan geyimləri ilə qadın incəliyini və zərifliyini vurğulayan modelyer bu kolleksiyasında milli ornament, arxitektura və naxışlarımızı həkk edə bilmişdir. Dizaynerin milli ruhda olan geyimləri keçmişimizin və müasirliyin bir arada ahənginin ən gözəl örnəklərindəndir.

Peşəkar fotoqraf Alexadr Fly şəhərimizdə ən dinamik tədbirləri işıqlandırmaqla tanınır. Onun portfoliosunda saysız ziyafət və tədbir çəkilişləri mövcuddur. Elə bu səbəbdən də adı çəkilən foto-layihəni ona həvalə etməklə görüntüləri canlı fotolarda almış olduq.
 
 
Hazırladı: Mehriban Ağayeva
Foto: Alexandr Fly
Retouch: Rasim Akifoğlu/ Alexandr Fly

 

MƏXMƏRİ XINA ART:  Xocalı küçəsi.  Tel: (055) 554 55 20
HİLTON HOTEL BAKU: 1B Azadlıq küçəsi.  Tel: (012) 464 50 00
ALDO COPPOLA: Bakıxanov küç. 26 A.  Tel: (012) 404-70-40
 
 
 
6

4

5

2

7

8

9

10

11

12

13

14

15

16

17

18

19

20

A1

A2

A3e

A4

A5

21

Şərhlər

Menyu