“Ambassade De La Beaute” Bakıda yeganə inqilabçı kosmetoloji aparatları ilə səs saldı.

ba3
 

65 dən yuxarı ölkədə “Gözəllik səfirliyi” adı ilə tanınan və dünya xanımlarının gözəlliklə bağlı bütün arzularını gerçəkləşdirən “Ambassade de la Beaute” müştərilərinə mütəmadi olaraq gözəlliklə bağlı yeni prosedurlar və xidmətlər təklif edir. Mərkəzin Azərbaycandakı nümayəndəliyi bu yaxınlarda EL.MİRA adlanan brendin inqilabçı aparatları vasitəsilə ölkəmizdə yeganə hesab edilən əvəzolunmaz proseduru Bakıya gətirməklə xanımları sevindirdi.

Yeni brendə məxsus 3 əsas aparat fərqli məqsədlər üçün nəzərdə tutlub, təmizləyici cavanlaşdırma prosedurları üçün istifadə edilir.

İlk prosedurdan hiss olunan inanılmaz nəticə Beauty Skin Care cihazını yaşından asılı olmayaraq hər bir xanım hətta hamilə xanımlar üçün də istifadə olunmasında heç bir məhdudiyyət yoxdur. Hətta sağlam dəriyə sahib olan xanımların istifadə edə biləcəyi Beuty Skin Care cihazı stres, bədəndə düzgün getməyən maddələr mübadiləsi nəticəsində üzdə yaranan ləkələr, dəriyə hopmuş çirkli toz təbəqəsi və ölü hüceyrələrdən təmizlənir.

Mərkəzin aparıcı kosmetoloqlarından biri, Gürcüstan və Türkiyədə çoxsaylı təlimlərdə iştirak edərək peşəsinin incəliklərini mənimsəmiş Samirə Elçiyeva qulluq prossesində müştəriləri razı salacaq ən xırda detallara belə böyük əhəmiyyət verir. İşinə məhsuliyyət və peşəkarlıqla yanaşan kosmetoloq prosedurun bir neçə mərhələdən ibarət olduğunu əyani nümayiş etdirdi.
 

14
 
 
#1 Mərhələ

İlk öncə almaz ucluqlu Beauty Diamond aparatı ilə üzün cilalanması proseduru həyata keçirildi. Əvvəlcə bir ucluqla, daha sonra isə üzün hər bir bölgəsi, qulaq və dekolte nahiyəsi daxil olmaqla müvafiq ucluqları istifadə edərək dərinin üzərində təmizləmə işləri aparılır. Növbəti prosedurlara hazırlıq olaraq ilk öncə təbii ki, təmizləmə proseduru həyata keçirilir. Bunun üçün almaz ucluqlu aparat vasitəsilə dəridə yığılmış ölü hüceyrə qatı təmizlənir. Bu prosedurdan sonra hətta evdə dəriyə qulluq vasitələrinizin dəriyə daha güclü opmasını hiss edəcəksiniz. Beauty Diamond aparatının nəticəsini əyani göstərmək üçün isə Samirə xanım bizə filterdə yığılan ölü dəri hüceyrələrini göstərir.

1

3

2

4

5

6

7
 
 
#2 Mərhələ

İkinci mərhələdə Turbo Oksid Lift aparatının vasitəsilə linfodrinaj proseduru üzə tətbiq olundu. Bu aparat oksigen və müxtəlif vitaminlərin qarışığı vasitəsilə dəriyə lazım olan qidanı yüksək təzyiq nəticəsində ötürür. Prosedurun məqsədi üzdəki şişkinliyi azaltmaq, üz və dekolte dərisinin rəngini açamaqdır. Aparılan prossesin stresli və ya yeridilən hava və maye kütləsinin bədən temperaturuna ziddiyyətli olmaması üçün ilk öncə əməliyyat üzə deyil, əllərin üzərinə tətbiq olunaraq sanki bədəni bu temperatura hazırlayır.
 
9

10
 
 
#3 Mərhələ

Üçüncü mərhələdə Nobel mükafatına layiq görülən Beauty Skin Care aparatından istifadə etməklə dəriyə elektroporasiya tətbiq olunur. Elektroporasiya nəticəsində dəri məsamələri açılaraq aktiv maddələrin dəriyə daxil olmasına şərait yaradır. Həmçinin bu mərhələdə müxtəlif vitaminlərin qarışığı olan nəmləndirici preparatlar tətbiq olunaraq dəriyə nüfuz edilir.
 
13
 
 
 
#4 Mərhələ

Sonuncu mərhələdə öncə Biologique Recherche spreyi və müxtəlif yağların qarışığı olan krem dəriyə masaj hərəkətləri ilə tam yeridilir.
 
19

15

16

17

18
 
 
 
#5 Mərhələ

Tətbiq olunan maska 10 dəqiqə üzdə qalıb dəriyə nüfuz edildikdən sonra Biologique Recherche Fluide VİP O2Biologique Recherche Serum Yall O2 serumları qarışdırılaraq dəriyə tətbiq olunur.
 
12
 
 
 
Ambassade de la Beauté
S. Mehdiyev küç.1054, Bakı,
+994125308777;
+994125308555;
+994503570808

 
 
Hazırladı: Nigar Sani
Foto: Alexandr Fly

 
 

11

20

21

 

 

 

Şərhlər

Menyu