Cavan görünməyib, həqiqətən cavan olmaq! Kepro Estetik Klinikası ilə dəyirmi masa.

cover
 

Fairmont Bakı otelinin möhtəşəm prezident nömrəsinin zalında tibb sahəsinin mütəxəssisləri, eləcə də, media və sənətçilərdən ibarət dəyirmi masada gözəllik və sağlamlıq mövzusuna həsr edilmiş tədbir təşkil etdi. “Cavan görünməyib, həqiqətən cavan olmaq!” şüarı ilə çıxış edən layihədə nüfuzlu həkim-kosmetoloqlarla yanaşı, fərqli sahələrin peşəkar həkimləri, tanınmış simalar, jurnalistlər, bloqerlər  iştirak edirdi.

Tədbirdə şüurlu şəkildə gözəlliyin dərk edilməsi, yaşla bağlı dəyişikliklərin aradan qaldırılması, yaşından asılı olmayaraq gənc və fəal yaşamağın önəmli tərəfləri vurğulandı.

Ekspert kimi tədbirdə “Beauty Aesthetics” baş meneceri və “Art of Beauty” jurnalının baş redaktoru Elşən Məmmədov, həkim-hepatoloq, tibbi elmlər namizədi, qaraçiyər xəstəliklərinin öyrənilməsi üzrə Avropa və Asiya-Sakit okean Assosiasiyalarının üzvi, Grand Hospital klinikasının hepatoloq şöbəsinin rəhbəri Gülnar Ağayeva, yüksək təcrübəli həkim- genekoloq Sevinc Mamedova, “Kepro” Estetik Klinikasının baş həkimi, dermatoloq Yuliya Chornaya və “Kepro”Estetik Klinikasının aparıcı həkimlərindən biri həkim-kosmetoloq, “anti-age” terapiyası üzrə mütəxəssis Zarina Bağırova çıxış etdilər.
 

01
 

Tədbirin iştirakçıları dünyada və Azərbaycanda “anti-age” yaşlanmaya qarşı terapiya kompleksinin tibbdə və kosmetalogiyada cari vəziyyəti haqqında müzakirə apararaq, bu sahədə önəmli məqamları vurğulamaqla ölkə daxilində inkişaf üçün tətbiq olunacaq üsullar haqda müzakirələr apardılar. Həmçinin tədbirdə gözəllik və cavanlığın qorunmasında vahid yanaşmanın önəmi vurğulandı və təəssüflə qeyd edildi ki, müştəri və kosmetoloqlar “cavanlaşdırma” və “müalicə” prosesini yalnız xaricdən müdaxilə olunan  prosedur şəklində həyata keçirirlər.

Tədbirdə ən yaddaqalan məqamlardan biri də “Kepro Estetik Klinikası”-nın təyinatı ilə prosedurlardan faydalanan müğənni Tünzalə Ağayevanın rəyi oldu. O hesab edir ki, gözəlliyi səhhətinə ziyan edərək deyil, onun qayğısına qalmaqla nail olmaq lazımdır, çünki vücudun gözəlliyi elə möhkəm sağlamlağın nəticəsidir.

Tədbirə təşrif buyurmuş qonaqlar- jurnalistlər, bloqerlər və digər tanınmış simalar Fairmont Baku otelinin Marketinq və Kommunikasiya üzrə rəhbəri Sayad İbrahimliyə isti və səmimi görüşdən məmnunluq hissi keçirdiklərini və “Kepro Estetik Klinikası” -nın layihədə faydalı və əhəmiyyətli mövzuları işıqlandırdığı üçün xüsusi minnətdarlıqlarını bildirdilər.
 
 
Hazırladı: Mənsurə Məmmədəliyeva
 
 

 

02

03

06

F98A0162E

k1

k2

k3

Şərhlər

Menyu