8 Martda asan reseptlər silsiləsindən. Şirin dad və görünüşlü OREO!

12
 

Kiçikdən böyüyə hər birimizin çox sevdiyi “Oreo” və ya iki peçenye arasındakı bəyaz kremli möhtəşəm dad! Elə bir dad ki, pürrəngi çayla imtina edə bilmədiyimiz ləzzət! Onları ev şəraitində hazırlamaq olarmı?  Olduqca asan! Bəs onu qarşıdan gələn 8 Mart “Beynəlxalq qadınlar” günü münasibətilə həyatınızdakı ən əziz xanımlara hazırlamaq necə? O zaman reseptlə tanış olun.

Lazım olan ərzaqlar:

 

Xəmir üçün:

– 110 q GERDA kərə yağı
– 100 q şəkər tozu
– 1 yumurta
– 140 q un
– 50 q kakao
– 5 q qabartma tozu
– 2 q duz
– 2 q vanil şekeri

Krem üçün:

– 50 q krem- pendir
– 25 q kərə yağı

– 125 q şəkər kirşanı
 

1
 

Peçenyelərin hazırlanması:

Yumşaldılmış kərə yağını şəkər tozu ilə birlikdə qarışdırıb üzərinə yumurta əlavə edirik. Un, kakao və qabartma tozunu ələkdən keçirib yumurtalı qarışıma əlavə edirik. Üzərinə duz və vanil şəkəri əlavə etdikdən sonra yoğuraraq xəmir halına gətiririk.

Kremin hazırlanması:

Yumuşaldılmış GERDA kərə yağını kirşanla qarışdıraraq üzərinə pendir əlavə edirk. Hazır qarışımı üzərini parça ilə bağlayıb soyuducuda gözlədirik.

Xəmirimizi 2 perqament kağızı arasında yayırıq və kəsərək yumuru şəkilə gətiririk. 180 C-də  10-12 dəqiqə bişiririk. Peçenyelərimiz hazır olduqdan sonra kremi 2 peçenye arasında birləşdiririk.

Söz vermişdik ki, hazırlanması çox asandır! İndi əminliklə sevdiklərinizi ətrafınıza toplayıb onları “Oreo” ilə çay keyfinə qonaq edə bilərsiniz.
 
 
Hazırladı: Fəridə Ələsgər
 
 

2
 
3
 
4
 
5
 
6
 
7
 
8
 
10
 
11
 
13
 
14
 
15

Şərhlər

Menyu