Optik eynəklər. Qüsurlarınızı dəbli aksessuarlarla əvəz edin.

84561047d75aa2f0b22eeae1b521675a
 

Eynəklər sözsüz ki, unikal aksessuarlardan biri olub obrazımıza radikal şəkildə individuallıq bəxş edir. Uzun saatlar boyu kompüter qarşısında əyləşən xanımlar üçün optik eynəklər ofis dress- kodunun əsasına çevrilmişdir. Lakin bu halda belə dəbli görünmək mümkündür. Sizdə olan zəif çəhətləri, əks şəkildə istifadə edib vəziyyətdən çıxa bilərsiniz. Belə ki, onun ən son modelini üz quruluşunuza görə seçib, optik eynəyizi bir dəb aksessuarı olaraq taxmış kimi təəssürat bağışlayacaqsınız. 
Eynək seçimində, eləcə də, rahatlığa diqqət yetirilməlidir. Digər önəmli məqam üz quruluşunuzu nəzərə alaraq obrazınıza yaraşacaq seçimlərə üstünlük vermənizdir.

Yumuru üz quruluşuna sahib olan xanımlar küncləri çox kəskin olmayan dördbucaq şəklindəki eynəklərə üstünlük verə bilərlər. Dördbucaqlı üz formasına sahib olan xanımlar yumru xətli və ya kiçik çərçivəli, üzü üçbucaq formasında olan xanımlar isə pişik göz, oval və ya çərçivəsiz eynəklərdən istifadə edə bilərlər.

İşgüzar obrazınızı rəngli çərçivəsi olan dəbli eynəklərlə də tamamlaya bilərsiniz. Bu cür eynəklər ofis geyiminizi tamamlamaqla yanaşı obrazınıza orijinallıq da qatmış olacaq.
 
 
Hazırladı: Mənsurə Məmmədəliyeva
 
 
ebb7d719d70294b659270fdbd972f2dd

eeb81c93cbc5e5aff25fda3a1aa94aa1

firmoo eyewear 2

5cdf72095a46ba9f499eca3959c4b57d

578d89947dcd4b53e16fe8e78cc43de1

adafcf34d8e2b2ec3e445d7e988e60e6

eea34d0f3b00e0ffa02b991cfeec7935

op5

op7

op6

op8

op11

op13

Şərhlər

Menyu