Uzun sərt qış günlərindən sonra yavaş- yavaş hiss etməyə başladığımız bahar fəslini nəzərə alaraq ayın seçməsini bu ay daha çox geyiniləcəyi gözlənilən donlara həsr edirik. Soyuq ayları dəbli cins və şalvarları ilə çıxaran xanımlar səbirsizliklə gözlədikləri yazı məhz elə daha yüngül geyimlərə keçəcəkləri üçün darıblar.
Xanımlarımıza qadınsı cazibə və eleqantlıq bəxş edən donlar 2016-cı ilin trendləri sırasında çoxsaylı üslub və forma zənginliyi ilə müşahidə olunur.
Dizaynerlər daha kreativ yanaşaraq müxtəlif dövrlərin dəb və stillərini bir arada işlədərək hazırladıqları donlar müasir bicimi ilə seçilir. Romantik stildə olan donlar, xalat donlar, köynək donlar, assimmetrik kəsimli donlar, qolsuz və çiyinləri açıq donlar, müxtəlif parçalardan ibarət təzadlı rəng koloriti ilə seçilən donlar, üzəri printli, aplikasiyalı donlar və s. nümunə göstərmək olar.
Yaradacağınız kombindən asılı olaraq donları yalnız xüsusi tədbir və mərasimlərdə deyil, gündəlik geyim kimi də istifadə edə bilərsiniz. Kombininizə glamur görüntü bəxş etmək üçün dəri gödəkə, pencək, uzun palto və plaşdan istifadə edə bilərsiniz.
Hazırladı: Mənsurə Məmmədəliyeva