Baku Street Fashion: BAKSOVET ərazisində küçə dəbi

st cover

Dünyanın müxtəlif ölkələrində keçirilən Street Fashion” və ya Küçə dəbi fərqli zövqləri ilə bir-birindən seçilən dəbsevər insanların geyimə qarşı olan individual yanaşmasını özündə əks etdirir. Məşhur fotoqrafların ən sevdiyi üslublardan biri küçə dəbi çəkilişləri modanın nəbzini tutmaqla mövsümün trend geyim kombinlərini dünyanın fərqli ölkələrindən dəb yeniliklərini yaxından izləyənlərə davamlı şəkildə təqdim edir. Modabazlarla yanaşı dizaynerlərin də maraqla izlədiyi küçə dəbi hər ölkədə fərqli şəkildə təzahür edir.

Ötən ay Zuleykha jurnalı Bakımızın mərkəz ərazisində Baksovet adı ilə tanınan hissəsinin müxtəlif küçələrində  ilk  Küçə dəbi çəkilişini həyata keçirdi. Kameramıza tuş gələn şəhər sakinləri küçə dəbində bir-birindən fərqli kombinlərlə yadda qalsalar da,  xüsusən idman üslubuna müraciət etdikləri hiss olunurdu.

Jurnalda davamlı keçirilməsi nəzərdə tutulan rubrikada növbəti çəkilişlərdə Bakının digər müxtəlif küçələrindən dəbli şəhər sakinlərini sizlərə təqdim etməyə davam edəcəyik. Layihə çərçivəsində şəhərimizin özünə güvənən modabazlarını çəkilişlərdə iştirak etməyə dəvət edirik! Maraqlananlar hello@zuleykha.az ünvanına yazmaqla bizimlə əlaqə saxlaya bilər.

 

Hazırladı: Mənsurə Məmmədəliyeva
Foto: Alexandr Fly

 

1
2
Kənan Nəsibov. Qrafik dizayner.

 

10
11
Pəri Zərbəliyeva.  Hərbiçi.

 

3
4
  Elnur Abbasov.  Moda bloqeri.

12
13
Sevda Bağırova.  Qrafik dizayner.

5
6
İlkin Mirzəzadə.  AzMİU-nin tələbəsi.

18
19
Gülüm Muradlı.  BDU-nun tələbəsi.

22
23
Türkan Həsənova. İnteryer dizayner.

7
8
Rufan Abdul.  Florist.

20
21

Əminə Balaoğlanova. – MilliKart MMC, Qrafik Dizayner

Niyazi Qasımov. MilliKart MMC, Rəqəmsal Marketinq qrupunun rəhbəri

 

14
15
Azər Məmmədli.  Rəssam-illüstrator.

16
17
Mənsurə Məmmədəliyeva.  Sənətşünas/Elmi işçi.

24

25
Alexandr Fly. Fotoqraf.

Şərhlər

Menyu