Işgüzar xanımların trend saç düzümlər

Yaradacağımız obrazın tamamlanmasında düzgün seçilmiş saç forması olduqca önəmlidir.  Hər hansı  vacib iş görüşməsinə  gedərkən siz çalışdığınız şirkəti təmsil etmiş olursunuz, buna görə hər gün maksimal dərəcədə mükəmməl görünməlisiniz. Əbəs yerə deyilməyib ki, “İnsanı görünüşü ilə qarşılayıb, ağlı ilə yola salırlar”.

Ofis dress-kodu haqda rubrikada bu ilin trend saç düzümləri mövzusundan yan keçmək olmaz. Bu istiqamətdəki trend mövzusuna diqqət yetirsək, hər zamankı kimi dəyişən formalar olsa da, bəsit üslub qalmaqda davam edir: mürəkkəb saç düzümlərindən uzaq durmalı, iri saç aksessuarlarından istifadə etməməli, bununla belə, hər zaman səliqəli xarici görkəmi ilə kütlə arasından seçilməyi bacarmaq önəmlidir.

Bir qədər qərəzli səslənsə də, bəzi stilistlər saç düzümlərinin iş yerində insanı xarakterizə edən amil hesab edir. Məsələn, işgüzar xanımlara ofisə dağınıq qısa saç düzümündə gəlməyi məsləhət görmürlər. Belə saç düzümü sizin haqqınızda ilkin təəssüratların dağınıq, səliqəsiz kimi olmasına formalaşa bilər. Deyilənə görə, açıq qoyulmuş uzun saçlar isə sizin haqqınızda özünə inamsız və məsuliyyətsiz fikirlərini yarada bilər.

Son illərin trendi olan, ön hissəsi arxasına nisbətən daha uzun olan “bob” adlı saç kəsimi, illərin klassikası halına çevrilmiş “kare” saç kəsimi və ya müxtəlif orta kəsimlər əksər xanımlarda praktiklik yaratdığı üçün daha çox sevilir. Onlara qulluq etmək və ya səhər səliqəyə gətirmək də daha asan başa gəldiyi üçün bu tip saç kəsimləri hiperaktiv xanımların xilaskarı hesab edilir.
Eləcə də, iş zamanı sizin fikrinizi yayındıracaq kəkil və ya narahat saç aksessuarlardan uzaq durmağa çalışın. Əgər saç kəsimində və ya yeni dəyişikliklərə qərarsızsınızsa, sadəcə klassik düz daranmış və ya arxadan top formasında yığılmış saç düzümü sizə görə hesab edilə bilər.

Stereotipləri qırın! Sadə, rəngsiz ofisdə çalışsanız belə, hər zaman tərzinizlə fərqlənməyi bacarın.
 
 
Hazırladı: Nigar Hacızadə
 
 
2a49d2181bbee5188d3b72e8a587ba7b

obichnaya-neobichnaya-kosichka

rolled-up-loose-bun-for-women-to-wear-to-work

samurai

side-braid-pony-645x903

simple-braided-hairstyle-for-women-to-wear-to-work

sleek-knot

Top-Knot-hairstyle

twisted-knot-hairstyle-for-easy-updo-for-women-to-wear-to-work

Şərhlər

Menyu