MARNİ kolleksiyasında pop-art və vintajla çılğın feminizm yaratdı

 

kapak033333

Qadınların kişilər üçün deyil, özləri üçün geyindiyini iddia edən məhşur italyan brendi MARNI Milan Moda Həftəsi çərçivəsində 2016 Yaz kolleksiyasını dəb sevərlərə təqdim edərkən özündə feminizm və çılğınlığı əks etdirən modellər nümayiş etdirdi.  

Vintaj üslubunda olan geyimləri ilə olduqca məhşur olan brendin əsas özəlliyi daima yeniliklərə  açıq olmasıdır. Bu kolleksiyasnı təqdim edən brend geyimlərdə bir neçə rəngin sintezindən istifadə etdi. Eyni lukda bir nəçə dominant rəngin istifadəsi dizaynerlər tərəfindən olduqca cəsarətli seçim idi. Nəticədə bu podiumda əsl rəng partlayışına səbəb oldu.

Nümayişdə təqdim olunan geyimlər pop-artla vintaj üslubunun qarışığını xatırladırdı. Brend bu kolleksiyada yaşıl, sarı, narçiçəyi, çəhrayi rənglərə geniş yer verib. Dizayner sonda təqdim etdiyi ağ-qara geyimləri ilə də minimalist obrazlar yaratmağa çalışmışdır.

“V” yaxalı toplar, donlar, enli və assimmetrik, bəzən də yapon oriqamisini xatırladan geyimlər, nəhəng bilərziklər, dəridən hazırlamış uzun saç aksessuarları, çanta və rahat ayaqqabılar kolleksiyanın əsasını təşkil edir. Bir sözlə desək, Marni bu yaz qeyri-adi və çılğın insaların əsas seçiminə çevriləcək.

 Hazırladı: Ulviya Novruzova
02

03

04

05

06

07

08

14

18

16

20

17

19

24

26

Şərhlər

Menyu