Açıqcalar. Toy aksessuarları silsiləsindən.

Processed with VSCOcam with a5 preset
 

Müasir həyatımızda artıq insanlar  bir-birinə açıqca hədiyyə etməsələrdə bu gözəl adət-ənəni hələdə yaşadanlar var. Onlardan biri gənc və istedadlı xanım Nərgiz İbrahimovadır. Müəllifi olduğu Ninka Cards brendi sevgi bəxş edən açıqcaların sifarişini qəbul edir. İxtisasca interyer-dizayner olan Nərgiz bir ildən artıqdır ki, bir-birindən maraqlı, hər sifarişçiyə individual  açıqcalar hazırlayır.

Hər biri əl işi olan, uzun hazırlıq prosesindən keçən Ninka Cards açıqca və dəvətnamələri sifarişcisinə özəl olaraq orijinal şəkildə təqdim edilir. Onlar hər bir sifarişçi ilə şəxsən ünsiyyət qurur, açıqca və dəvətnamənin kim üçün və hansı məqsədlə hədiyyə olunduğunu öncə müəyyən edirlər.  İki şəxs arasındakı ən özəl və dəyərli xatirələr öyrənilir,  ortaq mahnı, şeir və maraqlar müəyyən edilir. Elə bu səbəbdən acıqcaları bəzən elə iki nəfər sifarişçi və hədiyyə olunan şəxs anlaya bilir.  Sifarişlər arasında sevgi açıqcaları, dostluq və bəzən də ayrılıq açıqcaları yer alır.
 

Processed with VSCOcam with a6 preset
 

250-dən artıq individual açıqca hazırlayan təsisçinin qeyd etdiyi kimi, sifarişçilər ideyanın yaradılmasında onun əsas ilham mənbəyidir. Açıqcalarda Nizami Gəncəvi, Səməd Vurğun, Nəbi Xəzri, Mirzə Şəfi Vazeh, Mikayıl Müşfiq, Füzuli, Məshəti Gəncəvi, Robert Rojdestvenski, Sergey Yesenin və başqalarının şeirlərindən istifadə edilir. TƏşkilatın sahibi həmçinin qeyd edir ki, bəzən açıqcalarda Milli Azərbaycan irsinə müraciət edərək atalar sözü və ya Rəşid Behbudov, Müslim Moqamayev, Şövkət Ələkbərovanın  mahnılardan seçilmiş misralar yer alır.
 
 
Hazırladı: Mənsurə Məmmədəliyeva
 
 
IMG_2307

IMG_2312

Processed with VSCOcam with a5 preset

IMG_2316
IMG_2709

Processed with VSCOcam with c2 preset

IMG_7840
Processed with VSCOcam with a6 preset

IMG_7989

Processed with VSCOcam with a5 preset

Şərhlər

Menyu