Azərbaycanda ilk SPA salonu brendi Fairmont otelində yerləşir

VFMLID=54835351
Müasir Bakının simvoluna çevrilmiş Alov Qüllələrindən Fairmont Bakıda yerləşən ESPA mərkəzi Azərbaycanda ilk Spa brendi hesab edilir.

HBA Atlantada Pierre Josselin tərəfindən dizayn edilmiş ESPA spa mərkəzi mozaik hovuz döşəməsi və isti aneqri parketindən tutmuş dizaynda istifadə olunmuş qırmızının göz oxşayan çalarlarınadək özündə eleqantlığı və mükəmməlliyi təcəssüm etdirir.  Geniş işıqlı terrası və hovuz kənarı saunası olan Sky Garden-dən Xəzər dənizinə açılan möhtəşəm mənzərə buranın qonaqlarına unudulmaz spa effekti bəxş edir.
Low_AZE_54835263_AZE-036
Ümumilikdə 3500 k/m sahəni əhatə edən spa mərkəzinin özünəməxsus tərzdə dekor edilmiş birinci mərtəbəsi bərpa və fiziki aktivlik, yuxarı mərtəbəsi isə daha sakit abu-havası olan interyerdə həyata keçirilən relaksasiya prosedurları üçün nəzərdə tutulmuşdur. İsti kəhrəba və bürüncün zəngin tonları, gözə çarpan detallar və büllur elementlər qonaqlara spa prosedurlarını qeyri-adi fonda yaşatmağı təklif edir.

Xəzər dənizinin heyranedici mənzərəsinə açılan Spa mərkəzində həmçinin reqionun ən böyük hamamı yerləşir. ESPA-ya daxil olan xidmətlər arasında çoxfunksiyalı spa prosedur otaqları, 2 iri hovuz, ultramüasir avadanlıqları olan idman zalı,  yoga və meditasiya ilə məşğul olmaq üçün xüsusi studiya, kitabxanası olan kafe və s. rahatlığı və qayğıkeş personalı ilə yadda qalır.

Hazırladı: Gülüm Muradlı

Low_AZE_57374864_AZE-072

Low_AZE_57374891_AZE-074

Low_AZE_57374900_AZE-073

Low_AZE_57374855_AZE-069

Low_AZE_57374882_AZE-071

Şərhlər

Menyu